Qadını özünə aşiq etməyin yolları

Qadını özünə aşiq etməyin yolları
Bir dəstə qızılgül, romantik şam yeməyi, ya da birgə romantik film izləmək. Sizcə, bu, bir qadını özünə aşiq etməyə yetər?
Qadını özünə aşiq etməyin yollarını kişilərə təqdim edirik.

- Uşaqlara qarşı yaxşı davranın. Əgər bunu etmirsinizsə, heç olmasa qadınların yanında onlara nifrət etdiyinizi deməyin.

- Özünüzə gülməkdən qorxmayın.

- Xoşlanmasanız belə, qadına qarşı hörmətlə davranın.

- Gözləmədiyi anlarda qəhvə, ya səhər yeməyi hazırlayın. Birlikdə bir səhər yeməyi yemək belə xoşdur.

- Qorxu filmi izləyərkən sizə möhkəm sarılmasına, qolunuzdan möhkəm sıxmasına icazə verin.

- Hava soyuq olsa, pencəyinizi müvəqqəti olaraq ona verin.

- Nəqliyyat vasitələrində yerinizi yaşlı xanımlara verin.

- Qapını qadın, ya kişi - hər kəsə açın ki, nə qədər alicənab olduğunuzu görsün.

- Karaoke partilərinə qatılın. Səsiniz olmasa da, əylənməyə cəhd edin.

- Maraqlandığınız şeyləri ona da öyrədin.

- "Yaxşısan?”, - deyə soruşduğunda "yaxşıyam” deyib keçməyin. Səmimi olun.

- Sevimli içkisini unutmayın.

- Başını sinənizə qoyanda saçlarını sığallamağı unutmayın.

- Televizorun pultunu özəlləşdirməyin.

- Sevdiyiniz film, kitab, musiqilərlə bağlı həqiqətən təvazökar olun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.