Sevgilinizi belə yerlərə aparın

30 Kasım 2016
1 632
0
Sevgilinizi belə yerlərə aparın
Qışın soyuq günlərində insanların romantikaya və istiliyə daha çox ehtiyacı olur. Bu fəsildə romantik təkliflər də gözəl səslənir. Feat.Az sevgilinizlə keçirə biləcəyiniz romantik dəqiqələr barədə bəzi ipucları təqdim edir.

Qəhvə içməyə gedin

Qış ayları romantik bir qəhvə fasiləsi üçün ən ideal zamanlardan biridir. İsti, şirin və ya ədviyyatlı içkiləri birlikdə dadın. Xüsusilə qəhvə verilən məkanlarda yumşaq oturacaqlar sizə ideal mühit yaradacaq. Qəhvə sevməniz şərt deyil, bu yerlərin zəif işıqları və romantika iy verən havası sizə əhval-ruhiyyə verəcək.

Yemək dərslərinə qatılın

Qışda çöldə edə biləcəyiniz fəaliyyətlər məhdud olduğu üçün bəzilərindən yararlanmaq lazımdır. İçəri məkanlarda edilə biləcək fəaliyyətlərin darıxdırıcı olacağını düşünməyin. Xoş və qeyri-adi fəaliyyətləri sınamaqda fayda var. Bunun üçün qatılacağınız hər hansı bir yemək kursu bir-birinizi daha yaxşı tanımanızı və maraqlı dəqiqələr keçirməyinizi təmin edəcək.

Vannanı doldurun

Qışda ən romantik təkliflərdən biri də bu ola bilər. Sevgiliniz gəlməzdən əvvəl hazırlayacağınız romantik bir duş mühitində vannanı isti suyla doldurun və birlikdə özünüzü istinin rahatlaşdırıcı təsirinə və sevgilinizin qollarına təslim edin. Əgər büdcəniz uyğundursa, bir otel otağında, hamam vannasında da romantik bir gecə keçirə bilərsiniz.

Bir qış eşqbazlığı edin

Şəhərin xaricində romantik bir həftəsonu keçirə biləcəyiniz gözəl məkan seçin. Məsələn, kiçik bir dağ oteli və ya göl kənarında təbiətlə iç-içə ağacdan hazırlanmış otellər. Sevgilinizlə şəhərin bütün stressindən uzaqda təklikdə keçirə biləcəyiniz ən ideal həftəsonu üçün bunu edə bilərsiniz.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.