İnternetdəki tanışlıq görüşə çevrilərsə
Kişilər 1 həftə, qadınlar 1 ay
İnternetdə hansısa sosial şəbəkədə tanış olduqdan 1 həftə keçər-keçməz kişilər, adətən, görüşə can atırlar. Buna cana atan kişiləri faizlə ifadə etsək 90% və daha artıq ola bilər. Qadınlarda isə tam əksidir. Zərif cinsin nümayəndələrinin 90%-i ilk görüşün 1 ay və daha sonra baş tutmasından yana olurlar.
İlk görüşdə telefondan uzaq dur
İlk görüşdə telefona barmağının ucunu qoyaq bir kənara heç gözünün ucu ilə də baxma. Çünki bu qarşı tərəfdə neqativ hisslər oyadır. Belə halda qarşı tərəf özünü ya maraqsız hesab edir ya da qarşındakının görüşün tez bitməsi üçün vaxtın bir an içində bitməsinə işarə edir. Bəzən isə qarşı tərəf düşünür ki, "bəlkə məndən başqa da var"...Qarşı tərəfdə belə neqativ düşüncələr formalaşdırmamaq üçün mütləq telefondan uzaq durun və görüş vaxtını tamamilə ona ayırın.
İlk görüşdə sevgi
Cütlüklərin 80%-i ilk görüşün sevgiyə çevriləcəyinə ümidli olaraq gəlirlər görüşə. Bu 80%-in də bir yaırsı inanır ki, mütləq sevgiyə çevrilən görüş olacaq, 30%-i isə düşünür ki, sevgi olmasa da, mütləq güclü hisslər yaşayacaq.
foxy.az