Həyat yoldaşınız üçün ideal qadın olun
Həmişə siz izah edir, qarşı tərəf sizi dinləyirsə, yoldaşınız sizin probleminizi həll etməyə çalışsa zamanla qarşıdurmalar yarana bilər. Təbii ki, bu hər bir münasibət üçün etibarlı deyil, amma ortalama olaraq belədir deyə bilərik. Qadınlar, münasibətlərində dostluq və səmimiyyət axtararlar. Kişilərin problemlərini bölüşməklərini istəyərlər. Bəs bunu necə etmək olar?
Yoldaşınızın sizə qarşı sanki bir bağlı qutu olmağından və sizə içini tökmədiyindən şikayət edirsinizsə doğru zamanı hələ tuta bilməmisiniz deməkdir. Əgər yorğundursa ya da başqa bir işlə məşğul olursa və ya rahatlamaq istəyirsə, ona suallarla yaxınlaşmanız nəticə verməyəcək. Yaxşı bəs o zaman doğru vaxtı necə tutacaqsınız? Dərhal cavablayaq…
Yoldaşınızın sizə romantik mənada ən yaxın olduğu an birlikdə fəaliyyət etdiyiniz zamandır. Bu, ikinizin də yuxusunun qaçdığı yataq söhbətləri, parkda gəzinti ya da birlikdə televizora baxma zamanı belə ola bilər.