Virtual seksin cinsi həyatınıza təsiri

27 Aralık 2016
1 896
0
Virtual seksin cinsi həyatınıza təsiri
İnternet artıq həyatımızın imtina edilməz parçalarından birinə çevrilib. Bəs virtual seks real cinsi əlaqəyə necə təsir göstərir?

Başlanğıcda bu qədər sıx olmasa da internet həyatımızda vardı, amma artıq demək olar ki, bütün ünsiyyət və xəbərləşməmiz internet üzərindən olmağa başlayıb. E-mail, Skype, Sosial şəbəklər, digər çat vasitələri həyatımızın bir hissəsi hesab oluna bilər. Bəzi kəslər üçün zamanla internet iş vəsaiti oldu. Məlumatlanmaq üçün isə hazırda yalnız internetdən istifadə edirik.

Çoxumuz xəbərləri internetdən oxumaqla yanaşı, televiziya proqramlarını da internetdən izləyirik.
Təbii ki bu geniş məlumat qaynağında, rahat mühitdə kimsəylə üzləşmədən maraqlandığımız hər şeyi axtarıb tapa bilir və hətta paylaşa bilirik. Bunların başında isə təbii ki cinsəlliklə əlaqədar hər şey gəlir.

"İndiki vaxtda bir çox gənc cinsi əlaqələr haqqında məlumatları internetdən alır ". Əslində isə yalnız gənclərdə deyil yetkinlərdə, yaşlılarda da vəziyyət belədir.

İnternet gənclərə cinsi məlumat əldə etmədə köməkçi olurmu?
Və ya yetkinlərə nələr təmin edir?
Əgər oxduğunuz saytlar sağlam və doğru məlumatlar verən, sizi həqiqətə istiqamətləndirən saytlardırsa, problem yoxdur, amma bu halda belə insanlar ümumiyyətlə pornoya yönəlirlər. İnternet insanları pornoya asan yönəldir və insanların tamamilə seks haqqında səhv məlumatlar əldə etmələrinə səbəb olur. Özlərini o filmlərlə müqayisə edib, performans qorxusuna qapılırlar.

Sərhədsiz internet əlaqəsiylə tamamilə əl çatan olan porno saytlar minlərlə insanda cinsi asılılıq yaradır. Təbii ki, cinsi asılılıq yeni bir şey deyil, amma bu son zamanlar xüsusilə yayılır. Sərhədsiz internet əlaqəsi asılılığı asanlaşdırır...

İnternet ünsiyyətdə sərhəd tanımır. İnsanlar özlərindən kilometrlərlə uzaqdakı başqa biri ilə ünsiyyətə girə bilir, hətta heç tanımadığı bir insanla sevinclərini, çətinliklərini, problemlərini paylaşa bilir.

İnternet üzərindən ünsiyyətin içinə cinsəlik mövzusu girincə ictimai və psixoloji problemlər yaşanmağa başlayır. Virtual bir mühitdə real həyatdan qoparaq, istədiyiniz adam ola bilirsiniz.Bu isə reallıqdan uzaqda real kəslərlə virtual mühitdə seks edə bilmənizə yardımçı olur

Virtual seks, internet və media üzərindən görüntü, səs yazılarının göndərilməsi, fantaziyaların sıx olaraq yoldaşlıq etdiyi bir seks dünyasıdır. Bu dünyada davamlı qala bilmirik, amma bu virtual mühitə asılı olduqsa real həyatda bunun zərərləri qaçılmazdır. Virtual seksdə də real cinsi həyatda yaşanılan problemlərin hamısı eynilə yarana bilər.

Bədbəxt evdar qadınlar daxil olmaqla dəyişiklik axtaran cütlüklərə, cinsi problem yaşayanlardan fantaziyalarını reallaşdırmaq istəyən subay kişilərə qədər virtual seksə maraq göstərənlərin sayı olduqca çoxdur.

Virtual seks nə vaxt həyatınızı məlumatlandırıcı, zənginləşdirici bir faktor olmaqdan çıxıb həyatınıza istiqamət verən, cinsi həyatınızı təyin edən bir ünsür olursa, artıq siz real cinsi əlaqədən zövq ala bilmirsiniz. Bu da təbii ki, olduqca böyük problemdir.
Buna görə internetdən sekslə məşğul olmaq sağlam bir təcrübə deyil, hər şeyin təbii olanı ən yaxşısıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.