Kişi Bir Qadını Həqiqətən Sevirsə Göstərəcəyi 10 Davranış

Kişi Bir Qadını Həqiqətən Sevirsə Göstərəcəyi 10 Davranış
Əgər bir kişi bir qadını həqiqətən sevirsə göstərəcəyi 10 davranışı Feat.Az öz oxucularına təqdim edir:

1- Onu heç vaxt istəmədiyi şeyləri etməyə məcbur etməz. Qadını həqiqətən sevirsə onun qərarlarına hörmət edər.

2- Diqqətlə qulaq asar-Bu insan özünü dinləyirmiş kimi göstərməz, həqiqətən də sizə qulaq asar, düşüncələrinizi və verəcəyiniz cavabları anlamağa çalışar. Söhbətlər adətən cümlələrin mübadiləsi şəklində olur, amma bu adamla danışarkən onun sizin dediklərinizə münasibəti tam fərqli olar.

3-Bu adam sizi bir insan kimi özünüzü inkişaf etdirməyiniz üçün şans verəcək.

4- Nə olursa olsun sizin qayğınıza qalacaq. Ola bilsin ki onun qayğısı sadəcə sizin yanınınızda olmaq və siz daha yaxşı hiss edənə qədər sizə qulaq asmaqdır. Ola bilsin ki onun qayğısı sizi bir müddətlik həyatınızda əslində nələr baş verdiyini dərk etməniz üçün yalnız buraxmaqdır.

5- Sizi sadəcə sizi sevdiyini sübut etmək üçün qucaqlayar.

6- Sizə sizinçün nə qədər darıxdığını xatırlatmaq üçün yazar.Bəlkə də kiçik necəsən? nə var nə yox? kimi suallar bunu göstərir ki harada olursunuzsa olun o sizi düşünür və sizinçün ən yaxşısını arzulayır.

7- Gün ərzində sizi fikirləşər-Bu qaçınılmazdır və bunun sübuta və ya həmişə sizə fikrinin xəyalının sizdə olmasını deməyə ehtiyac yoxdur. Amma əgər o sizi sevirsə siz onun düşüncələrində o və ya bu şəkildə üzə çıxacaqsız.

8- Mümkün hər vəziyyətdə sizə kömək etməyə çalışacaq, çətin anınınızda sizi dəstəkləmək üçün yanınızda olacaq. Başqa çıxış yolu qalmayana kimi sizi tərk etməyi heç vaxt seçməyəcək.

9- Nə hiss etdiyiniz və nə düşündüyünzlə bağlı narahat olacaq. Düşüncələriniz haqqında, dünyanı necə gördüyünüz və necə düşündüyünüz haqqında narahat olacaq. Sizin hədəflərinizi daha yaxşı bilməyə və sizi daha dərində anlamağa çalışacaq.

10- Sizi olduğunuz kimi sevəcək. Əgər digərlərini kölgədə qoya biləcək bir sevgi işarəsi varsa budur. Biri əgər sizi yaxşı və pis tərəflərlə olduğunuz kimi qəbul edirsə, sizi dəyişdirməyə çalışmırsa və edə bilməyəcəyiniz şeyləri sizdən istəmirsə demək ki o sizi sabah kim olacağınız üçün yox, bugün kim olduğunuz üçün sevir.
Mənbə:Tarlan Mammadli
Əvvəlki Xəbər