Sizə Laiq Olmayan Biriylə Birlikdə Olduğunuzun 4 İşarəsi

07 Ocak 2021
3 110
0
Sizə Laiq Olmayan Biriylə Birlikdə Olduğunuzun 4 İşarəsi

Sağlam münasibətlər qarşılıqlı güvən, eşq və sayğı üzərində qurulur. Ancaq münasibət içərisində özündən verən və fədəkarlıq edən hər zaman tək tərəfdirsə,münasibət sağlamsızlaşır.



Partneriniz davamlı olaraq özünü önə qoyursa, özünü düşünürsə, sizin necə hiss etdiyinizi vecinə almırsa sizin sevginizə və ilginizə laiq olmaya bilərmi? Çox vaxt münasibət bitənə qədər tərəflər belə bir şeyə məruz qaldığını anlamır. Əgər siz fərqindəsinizsə və hələ də davam edirsinizsə etməyin, qarşınızdakını dəyişdirməyə çalışmayın.

Qarşınızdakı insanın sizə laiq olmadığının, sizə pis gəldiyinin işarələri bunlar ola bilər :

1.Sizi küçümsəməsi


Partneriniz davamlı olaraq sizi əzirsə, bu sadəcə duyğularınızı umursamadığı deyil eyni zamanda sizi qırmaqdan xoşlandığının mənasına gəlir. Görünüşünüzlə, çəkinizlə, işinizlə, xəyallarınızla, inancınızla dalğa keçən biri sizin sadəcə vaxtınızı oğurlayır. Sizə dəyər verən bir kəs hər hansı bir şəkildə canınızı sıxmaq, sizi üzmək istəməz, əksinə sizi motivə etmək, xoşbəxt etmək istəyər.



2. Sizə yalan söyləməsi


Güvən olmadan sürdürülə biləcək bir münasibət yoxdur. Ona verdiyiniz dəyərə laiq olan biri, içində güvən olan bir münasibət qurmağın nə qədər çətin və önəmli olduğunu bilir. Qarşınızdakı insanı birdən çox dəfə sizə yalan deyərkən tutdunuzsa, ona hiss etdiyiniz güvəni haqq etmədiyi anlamına gəlir.

Yalan söyləmək bir növ sayğısızlıqdır. Sevginizi və sayğınızı haqq edən insan sizə hər zaman dürüst olan insandır. Sizdən gizlədəcək bir şeyi olmaz, buna görə sizə yalan deməsi üçün bir səbəbi də olmaz.



3.Sizi aldatmağı


Aldatmaq, eqoistliyin ən böyük göstəricisidir. Sizi aldadan biri sevginizi kəsinliklə haqq etmir. Sadəcə güvəninizi yıxmaqla qalmaz, eyni zamanda əlaqənizi, aranızdakı yaxınlığı, qısaca münasibətinizin üzərinə qurulu olan hər şeyi məhv edər. Davamlı olaraq aldadan biri çox böyük ehtimalla heç vaxt dəyişməyəcək. Sevdiyiniz insandan ayrılmaq çətin ola bilər ancaq sizə sayğı duymayan birindən ayrılıb özünüzə sayğı duymaq daha da önəmlidir.



4. Güvənilir olmaması


Çətin zamanlarınızda həyatda ən sevdiyiniz insanın yanınızda olmasını istəyərsiniz. Pis bir dönəmdən keçir və ya sadəcə pis bir gün keçirir ola bilər, sevdiyiniz insanın yanında olub onunla ağlamaq istəyə bilərsiniz! Partneriniz ona ən çox ehtiyac duyduğunuz zamanlarda yanınızda olmursa özünə və öz xoşbəxtliyinə həddən artıq diqqətli biriylə birlikdəsiniz deməkdir. Özəl günləri unuda bilərlər, sizi son dəqiqə əkə bilirlər. Ancaq bunlar davamlı olursa bu təəssüf ki sizə laiq olmadığı mənasına gəlir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.