Aldadan Kişilər Haqqında Bilməniz Lazım olan 4 Həqiqət

03 Eylül 2022
3 288
0
Aldadan Kişilər Haqqında Bilməniz Lazım olan 4 Həqiqət
Kişilərin niyə aldatdıqlarını heç bir zaman anlaya bilməz və onları bağışlasaq belə yaşadığımız pis an beynimizdən heç cür silinməz.

Davamlı sorğular, səbəblər tapmağa çalışarıq. Siz də kişilərin niyə aldatdıqları barədə maraqlanırsınızsa, yazımıza bir nəzər salın.

Buyurun, aldadan kişilər haqqında bilməniz lazım olan 4 həqiqət.

1 - 50%-i duyğusal əksiklikdən aldadır

Kişilərin aldatmalarının ən böyük səbəblərindən biri yoldaşlarından ya da sevgililərindən kifayət qədər romantik yaxınlığı görə bilməmələri və yaşadıqları əksikliklərdir. Kişilər yoldaşları tərəfindən təqdir edilmək və şərəflənilmək istəyərlər. Əgər ona bu şəkildə davranmaz, istədiyi əlaqəni ona verməsəniz, ehtiyacı olan sevgini başqa yerlərdə axtarmasına zəmin yaradarsınız.

2 - 65%-i peşman olar

Aldadan kişilərin 65%-i yoldaşlarını aldatdıqdan sonra "kaş ki etməsəydim, səhv etdim" dediklərini bilirdinizmi? Amma aydın olan hiss edilən günahkarlıq duyğusu aldatmalarına maneə ola bilmir. Əgər kişi əlaqəsində ya da evliliyində xoşbəxt deyilsə aldatma, yaşanan peşmanlığa və kədərə baxmayaraq təkrarlana bilir.

3 - Yaxın yoldaşları da aldadır

Həyat yoldaşını ya da sevgilisini aldadan kişilərin 70%-nin yaxın dostları öz yoldaşlarını aldadır. Hər halda bütün kişilərin aldatdığı gəlir ağılınıza. Amma edilən araşdırmaların verdiyi nəticələrr ortadadır… Siz ən yaxşısı yoldaşınızı yoldaşlarıyla çölə çıxma fikirindən yayındırın və ətrafınızdakı xoşbəxt evliliyi olanlarla daha sıx görüşməyə başlayın.

4 - Yalnız 12% aldadan kişi yoldaşlarını aldatdıqları qadını öz həyat yoldaşlarından daha cazibəli bilir.

Edilən araşdırmalara görə aldadan kişilər yoldaşlarını aldatdıqları qadını öz yoldaşlarından daha seksual ya da daha cazibədar tapmırlar. Yəni aldatmanın təməlindəki əsl səbəb ər və arvad arasındakı əlaqənin pozulması, ünsiyyətin zəifləməsidir… Əgər siz də xəyanətdən şübhələnirsinizsə, yoldaşınıza daha seksual görünməyə çalışmaq yerinə onunla ünsiyyətinizi gücləndirin.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.