Sağlam bir Münasibətdə Mütləq Lazım olan 10 Detal

19 Şubat 2017
1 482
0
Sağlam bir Münasibətdə Mütləq Lazım olan 10 Detal
Feat.Az mütəxəssislərin məsləhət gördüyü 10 detalı diqqətinizə çatdırır:

1- Paylaşmaq: Əlaqə demək hər şeydən əvvəl paylaşmaq deməkdir. Sağlam bir münasibətin ən əhəmiyyətli ünsürlərdən biri duyğu və düşüncələrin paylaşılmasıdır.

2- Adam əvvəl özünə inanmalıdır: Sağlam bir əlaqə iki sağlam fərdlə reallaşar. Bu səbəblə xoşbəxtliyi əvvəl öz içinizdə tutmalı və özünüzlə barışıq olmalısınız.

3- Keçmişi unudun: Köhnə əlaqələri keçmişdə buraxın, sorğulamayın və problem hala gəlməsinə fürsət verməyin. Unutmayaq ki əlaqə keçmişə deyil, gələcəyə doğru tikilər.

4- Ortaq maraq yaradın: Ortaq maraq, müsbət və əyləncəli bir əlaqənin meydana gəlməsini dəstəkləyər.

5- Əlaqənizi xarici faktorlardan qoruyun: Üçüncü kəslərin, bu kəslər ailənizdən belə olsa, əlaqənizə mənfi təsir etməsinə icazə verməyin. Heç kim sizin həqiqətən nəyə ehtiyac duyduğunuzu və nəyə dəyər verdiyinizi sizdən yaxşı qiymətləndirə bilməz.

6- İşinizi əlaqənin qabağına keçirməyin: İş günü sona çatdığında işiniz tamamilə iş yerində qalmalıdır.

7- Küsməyin: Mübahisə etsəniz belə əlaqəni heç bir zaman tamamilə kəsməyin.

8- Fərqlilikləriniz əlaqənizi zənginləşdirər: Hər mövzuda mükəmməl bir uyğunlaşma gözləməyin. Fərqliliklərə baxmayaraq ona dəyər verdiyinizi göstərməniz, sağlam bir əlaqənin təməlini meydana gətirər.

9- Qısqanclıq tələsinə düşməyin: Həddindən artıq qısqanclıqlardan uzaq durun. Sevən insan qısqanar tələsinə düşməyin. Həddindən artıq qısqanclıqlarınız, şübhələriniz, etibarsızlığınız varsa və bunu paylaşaraq həll edə bilmirsinizsə, mütəxəssisindən professional dəstək alın. Lazım olsa birlikdə müalicə alın.

10- Yaxşı dinləyici olun: Yaxşı əlaqənin yolu yaxşı ünsiyyətdən keçər. Yaxşı dinləyici olun. Onun ortaya qoyduğu fikirlərə hörmət edin və sonuna qədər dinləyin. Söyləmək istədiyinizi bilvasitə yollara sapmadan dəqiq bir şəkildə ifadə edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.