Xoşbəxt cinsi münasibət üçün bunlar vacibdir

Xoşbəxt cinsi münasibət üçün bunlar vacibdir
Yataq otağınızda xoşbəxtlik varmı? Cinsi əlaqədə xoşbəxtsinizmi? Dr. Cem Keçə, cinsi əlaqədə xoşbəxtlik üçün bir sıra təkliflər edib. Feat.Az həmin təklifləri sizlərlə də paylaşır.

Cinsi münasibət əslində, həyatın stress və çətinliklərindən uzaqlaşmaq üçün mükəmməl bir fürsətdir. Cinsi əlaqə zamanı diqqətinizin hamısını partnyorunuza və cinsi hərəkətlərinizə istiqamətləndirmək çox əhəmiyyətlidir.

Cinsi əlaqə zamanı fikrin başqa bir yerdə olması, zehin üçün eyni zamanda bədən üçün də uyğun olmayan bir vəziyyətdir. Şəhvətə bütün diqqəti verə bilməmək, həzz alıb, həzz verməyə mane olur.

Cütlüklərin danışaraq beyinlərindəki qayğı və qorxuları, kədərləri, keçmişdəki kədərli hadisələri, istəklərini qəti və dəqiq bir dillə izah etməkləri, bu əlaqədən gözlədiklərini və ya fantaziyalarını partnyorları ilə paylaşmaqları, cinsi problemlərinin həllində ilk addım olmalıdır. Cinsi münasibət problemli həyat üçün ən yaxşı dərman, daha yaxşı bir ünsiyyətdir.

Partnyorunuzla əlaqənizin əvvəlki kimi arzulu, həyəcanlı və zövqlü olmadığını düşünürsünüz? Hətta zamanla bir-birinizdən uzaqlaşdığınızı düşünürsüz? Cavablarınız ‘Bəli’dirsə, əlaqənizin ilk günlərindəki hissi, arzunu, həyəcanı və romantikanı yenidən yaşamağa nə deyirsiniz? Çıxış yolu üçün təklifləri sınaya bilərsiniz.

Şirin söhbətlər, yumşaq yastıqlar və rahat bir musiqi, cütlüklərin cinsi enerjisini artıracaq ideal bir mühitdir.

Yeməkdən sonra sevişməyin. Yorğun, ac və əsəbi halda cinsi əlaqə yaxşı ideya deyil. Bu cinsi enerjinizi tarazlığını pozulmağına səbəb ola bilər.

Qidalanmaq vərdişiniz həm sağlamlığımız üçün, həm də cinsi həyatınız üçün son dərəcə əhəmiyyətlidir. Bu səbəblə xoşbəxt bir cinsi həyat üçün mütləq sağlam və cinsi iştahı artırıcı qidalarla qidalanmaq lazımdır.

Cinsi gücü artıran qidalar, cinsi münasibətdəki istəyinizi də artırır. Bədəndə bütün orqanlar bir-birilə zəncirvari əlaqə formasındadır. Spirt, siqaret və kafeyinli içkilər cinsi həyata çox mənfi təsir göstərir.

Özüylə əlaqədar mənfi düşüncələrə sahib cütlüklərin cinsi münasibətdə rahat olmağı gözlənilə bilməz. Məsələn, cinsi istək pozuqluğunun arxasında ağır bir patologiya yoxdursa, cinsi istəyin olmamasının arxasında da şəxsin öz istəklərini təyin edə bilməməsi vardır. Adətən utancaqlıq hissi sağlam və xoşbəxt bir cinsi həyata mane olur.

Cütlüklər üçün bəzən cinsi münasibət qorxuverici olur. Bu kimi hallarla qarşılaşmamaq üçün cinsi münasibət sevgi və şəfqət dolu toxunuşlarla reallaşmalıdır.

Partnyorlarına qarşı sevgi və hörməti olmayan cütlüklərin sağlam və xoşbəxt bir cinsi həyatlarının olması gözlənilə bilməz. Sevgi və hörmət cütlüklərin cinsi yaxınlaşmasını artırar. Bir-birlərini oxşamaq, sevmək, masaj etmək, gün içərisində bir-birlərinə toxunmağı artırmaq üçün cütlüklərin bir-birlərinə sevgilərini fiziki olaraq göstərməkləri lazımdır.
Mənbə:qadinklubu.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.