Masturbasiya ilə məşğul olmağın faydaları

Masturbasiya ilə məşğul olmağın faydaları
Stressi azaldır

Qadınların masturbasiya ilə məşğul olmağının ən önəmli faydalarından biri stress və gərginlikdən uzaqlaşdırmasıdır. Bunu özünüzə ayırdığınız özəl zaman olaraq da görə bilərsiniz.

Dözümlülüyü artırır

Orqanizmin plato mərhələsində qan təzyiqiniz artır və buna görə də ürək döyüntüləriniz tezləşir. Bu sizin təkcə seksdən zövq almağınıza deyil, həm də vagina əzələlərinizin güclənməsinə kömək edir. Bu da o deməkdir ki, masturbasiya həm də vagina üçün idman hərəkətidir.

Yuxunuzu nizama salar

Masturbasiya ilə məşğul olmağın bir başqa faydası yuxunu nizama salmasıdır. Masturbasiya edərək yuxusuzluqla təbii yolla mücadilə etmiş olarsınız. Masturbasiya etdiyiniz zaman endorfin hormonu ifraz olunar. Beləcə, daha rahat şəkildə yata bilərsiniz.

Servikal sağlamlıq üçün vacibdir

Kişilərin masturbasiya ilə məşğul olaraq prostat xərçəngi riskini azaltdığını bilirik. Qadınların masturbasiya ilə məşğul olması və servikal sağlamlıq arasında bir bağ olduğunu isə çoxumuz bilmirik. Qadınların orqazm olması infeksiyaya səbəb olan zərərli bakteriyaların bədəndən ixrac olmasına kömək edir.

Genetik xəstəliklərin qarşısını alar

Aparılan araşdırmalar göstərir ki, masturbasiya ürək xəstəlikləri və diabetə yaxşı təsir edir.

Menstruasiya ağrılarını azaldır


Bir çox qadınlar hər ay menstruasiya olduqları zaman çəkdikləri ağrı ilə mücadilə etmək üçün müxtəlif yollar axtarırlar. Aparılan araşdırmalar göstərir ki, masturbasiya ilə məşğul olmaq menstruasiya ağrılarına yaxşı təsir göstərir.

Sidik yolu xəstəliklərini müalicə edir


Cinsi münasibətdən sonra tualetə getmək və qaragilə suyu ilə yuyunmaq bu xəstəliyə yoluxmamaqda ən yaxşı üsullardan biridir. Bundan başqa masturbasiya ilə məşğul olmaqla bu xəstəliklə mübarizə apara bilərsiniz.

Seks həyatınıza daha yaxşı təsir edir


Mükəmməliyə ancaq praktikadan keçirərək çata bilərsiniz. Masturbasiya etmək seks zamanı orqazma çatmağınızı asanlaşdırır. Bəzən seks zamanı qadınların özünü buraxıb rahatlaşması mümkünsüz ola bilir. Bu da orqazm olmağın qarşısını alan ən böyük əngəllərdən biridir və praktika ilə həll etmək mümkündür.
foxy.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.