Kalori yandırmağın seksual yolu: sevişin

Kalori yandırmağın seksual yolu: sevişin
Kalori yandırmağın ən asan yolu sevişməkdir. Feat.Az yataqda kalori yandırmağın yolları haqqında danışacaq.

Öpüşmək: Saatda 68 kalori


Gənclik illərində sevgilinizlə dodaqlarınız birləşdikdən ancaq yarım saat sonra nəfəs almağın ağlınıza gəldiyini yada salın. Bunu təkrar təcrübədən keçirin. Öpüşmək təkcə ehtirasınızı göstərməyiniz, cütlük kimi bir-birinizə olan bağlılığını sübut etməyin yolu deyil, eyni zamanda bədəninizdəki yağlarınızı əritməyə də kömək edir. Bəhs edilən öpüş qüvvətli və bir az da ön sevişməyə təhrik edirsə, saatda 90 kalori də yandırmağa səbəb ola bilər.

Soyunmaq: Yarım saatda 8 kalori


Tərəf müqabilinizlə yaxınlaşan zaman soyunma hissəsinə yəqin ki, çox fikir vermirsiniz. Lakin italiyalı mütəxəssis bu mövzu ilə bağlı araşdırma aparıb. O sübut edib ki, insan sevişməyə hazırlaşan zaman soyunduqda 8-10 kalori yandırır. Başqa bir araşdırmaçı bir kişinin ağzı ilə qadının büstqalterini açmağa çalışdığı zaman 80 kalori yandırdığını kəşf edib. Ön sevişməyə bir az striptiz qataraq sevgilinizi ruhlandırın, özünüz isə kalorilərinizi yandırın.

Masaj etmək

Kim tərəf müqabilinin etdiyi masaja “yox” deyə bilər? Amma əgər masaj edən sizsinizsə, bu, həm də sizin xeyrinizədir, çünki kalori yandıracaqsınız. Araşdırmalara görə, yaxşı masaj etmək qəlb ritmini yüksəldərək, bədəninizi kalori yandırmaq rejiminə gətirə bilər. Və bu güclü, sərt masajdan deyil, tam əksinə, yavaş və dərin hərəkətlərdən keçir. Yavaş hərəkətlər sadəcə daha təsirli deyil, həm də sizin bədəninizin fərqli əzələlərinin işləməsinə səbəb olur. Xüsusən də masaj edərkən ayaq üstə durmanız məsləhətdir.

Seks: Yarım saatda 144 kalori


Seksin yaxşı bir məşq olduğunu bilirdinizmi? Üstəlik, bunu da əlavə edək ki, axşam yarım saatlıq seks yeməkdən sonra ağzınıza atdığınız şokoladı da yandırır. Seks zamanı çox kalori yandırmaq istəyirsinizsə, mümkün qədər alovlu olduğunuzdan və seksin uzun müddət davam etməsindən əmin olun. Bir az dərin nəfəs isə ekstra 18-30 kalori yandırmağa da kömək edir. Fərqli pozisiyalar, xüsusən də xanımların üstdə olduğu vaxtlarda daha çox orqazm olacaqlarını düşünənlər üstdə olmayanlardan daha çox kalori yandırılar.

Rəqs etmək: Yarım saatda 103 kalori


Seksdən əvvəl çılğın bir rəqs edin. Üstəlik rəqs edən zaman paltarlarınız əyninizdə olsun ki, tərəf müqabiliniz onları özü çıxarsın. Bu, seksdən əvvəl çox yaxşı məşqdir. Birlikdə rəqs dərslərinə gedən cütlüklərin evdə məşq etmələri də kalori yandırmaq üçün əla vasitədir. Araşdırmalar sübut edib ki, aerobika və ya hər hansı məşqdən sonra qadınların seks həvəsi artır. Rəqs edən zaman ona toxunun, öpüşün, dişləyin.

Ön sevişmə: Yarım saatda 238 kalori

Sevdiyiniz insanla paltarlarınızı çıxarmadan da oynaşmanız kalori yandırır. Bu, həm ürək ritminizi artırır, həm də nəfəs almağınıza kömək edir. Bunlar da öz növbəsində kalori yandırmanızı sürətləndirir. Lakin bunun nəticəsini yüksəldə də bilərsiniz. Otağın istiliyi yüksəldikcə və bədəninizin hərarəti qalxdıqca daha çox kalori yandıracaqsınız. Bundan başqa, yataqda diyirlənmək və səhnəni dəyişməyi də unutmayın. Seksdə nə qədər oyunbaz və erotik olsanız, o qədər zövq alacaqsınız və arıqlayacaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.