Kişilərə haqsızlıq edirik! Kişilər haqqında bildiklərimiz: Seksi sevdikləri, seksdən sonra sarılmağı unutduqları, maniken kimi bədənə sahib olan qadınları arzuladıqları, duyğularını göstərməkdən nifrət etdikləri kimi uzanıb gedər ... Biz qadınlar bəlkə də illərdir kişilərə haqsızlıq edirik. Onları düşüncəsizliklə, seks düşkünlüyü ilə günahlandırırıq. Lakin onlar əslində düşündüyümüz qədər pis varlıqlar deyil. Bizim onlar haqqında düşündüyümüz səhv olan o qədər çox düşüncə var ki. Bu da Feat.Az-ın təqdim etdiyi kişilər haqqında bildiyimiz yanlışlar ...
Yanlış 1: Öpüşmək və sarılmanın nəticəsi yataqdır
Xeyr, bu düşüncə səhvdir! Edilən araşdırmalar göstərir ki, kişilər üçün də duyğular seks üçün əhəmiyyətlidir. Kişilər də unudulmaz birlikdəliklərdən xoşlanırlar. Xüsusilə də ciddi əlaqələrdə öpüşməyə, sarılmalara əhəmiyyət verirlər.
Yanlış 2: Jurnallardan çıxıb gəlmiş kimi olmağımızı istəyirlər
Kişilərin həmişə incəcik bədənli seksi xatunlardan xoşlandığını düşünürük elə deyil? Amma səhv. Jurnallarda gördüyümüz o möhtəşəm gözəllər onların sandığınız qədər marağını çəkmir. Kişilər üçün sıradan qadınlar daha cazibədardır.
Yanlış 3: Ev işi etməyimizdən çox xoşlanarlar
Kişilər əslində yemək hazırlamağınızı istəyərlər lakin davamlı ev işləriylə məşğul olan bir qadınla birlikdə olmağa da üstünlük verməzlər. Onlar üçün əhəmiyyətli olan düşünüldüklərini görmək və təbii ki bir az da bəyənilməkdir.
Yanlış 4: Təmir işlərindən xoşlanarlar
Əslində mükəmməl olmadıqlarını bilirlər lakin özlərini belə göstərməkdən çox xoşlanarlar. Evdə bir şey xarab olduqda ona təmir etməsini söylədiyinizdə dünyanın ən xoşbəxt kişisi olmuş kimi görünərlər amma əslində çoxu kişi xarab olan şeyləri təmir etməkdən çox xoşlanmaz ...
Yanlış 5: Qohumları sevməzlər!
Kişilər yalnız gəlib aylarla qalan qaynanalarını sevməzlər, yoxsa kişilər birlikdə olduğu qadının ailəsi ilə yaxşı əlaqələr içində olmasından qürur duyar. Onun üçün bir şeylər etmək istəyirsinizsə ailəsini yeməyə dəvət edə bilər ya da anasını sizə çağıra bilərsiniz.
Yanlış 6: Seks həyatları sıradandır!
Əslində kişilər yataqdan çıxmaq, fantaziyalarını reallaşdırmaq istəyirlər. Məsələn ona birlikdə duş almağı təklif etdiyinizdə ya da mətbəxdə sürpriz bir əlaqə onu çox xoşbəxt edə bilər. Sizinlə oyunlar oynamağı sevərlər. Seks haqqında danışmaq istəyirlər.
Yanlış 7: Davamlı təsdiqlənmək istəyərlər
Xeyr, sadəcə kişilər duyğularını açıqlamaqdan xoşlanarlar və qarşı tərəflə eyni duyğuları bölüşmək istəyərlər. Həmçinin işdən, futboldan danışmaq istəyirlər. Əgər belə olmasını istəyirlərsə onlara bir şans verin və buraxın danışsınlar. Ona bir futbol matçı haqqında sual soruşa və onu xoşbəxt edə bilərsiniz.
Yanlış 8: Bizdən fərqli düşünürlər
Kitablar, kişilər və qadınlar arasındakı dərin uçurumlardan bəhs etsə də əslində kişilər də qadınlar kimi düşünürlər. Onlar yalnız bu düşüncələrini göstərməkdə fərqli yollara müraciət edirlər.
Yanlış 9: Kişilər pasaklıdır, özlərinə diqqət göstərməzlər
Kişilər artıq bərbərə yalnız saç kəsdirmək üçün getmir. Daimi olaraq saç və dəriyə qulluq etdirən, manikür və pedikürlərini axsatmayan kişilər var. Və qətiliklə qadınsılıqdan uzaqdırlar və tamamilə özlərini daha yaxşı hiss etmək və birlikdə olduqları qadınlara daha xoş görünmək üçün bunu edirlər. Ön mühakimələrinizdən xilas olub siz də bu həftəsonu baxım etdirməyə nə deyərsiniz?
Yanlış 10: futbolsuz yaşaya bilməzlər!
Bəli futbol universal bir dildir və çox sevilir, amma dünyadakı tək idman deyil! Həyatı boyunca tək bir futbol matçı belə izləməmiş kişilər vardır! İnanılmaz amma gerçək. 90 dəqiqələrini qız yoldaşlarıyla və yoldaşlarıyla keçirməkdən daha çox zövq alacaq olan kişilərin varlığı, biz qadınların içini rahatlaşdıran bir gerçəkdir ...