Seks haqqında ən çox soruşulan suallar

18 Temmuz 2021
10 162
0
Seks haqqında ən çox soruşulan suallar
Sağlam və ehtiraslı seks haqqında hər birimizin beynində müəyyən suallar var. Ancaq təəssüflər olsun ki, bu sualları soruşmaqdan çəkinirik. Buna görə də cavab tapa bilmirik.

Seks üçün ən uyğun vaxt hansıdır?


Ən uyğun vaxt ikinizində bir-birinizi istədiyiniz vaxtdır. Gündəlik rutin işlər, iş həyatı bir - birinizə zaman ayırmağınıza mane olmasın. Münasibətin və sevginin təməlində toxunmaq durur. Tutaq ki, səhər 7-də qalxıb işə getməlisiniz. 5 dəqiqə daha çox yatmaq əvəzinə səhər idmanı necə fikirdir? Bu 5 dəqiqəni partnyorunuza ayırın və günə onu öpərək başlayın.

Kifayət qədər sekslə məşğul olub-olmadığımızı necə anlaya bilərik?


Bunu başa düşmək çətin ola bilər. Müqayisə etməyin. Əsas da köhnə münasibətinizlə. Ən yaxşısı partnyorunuza seks həyatınız haqqında suallar verin. Cavabı nə olsa da sakit olun. Mütəxəssislərin fikrinə görə, problemləri soruşub onları həll etməyə çalışmayan cütlüklər səhv edirlər. Çünki problemlər üst-üstə yığılır. Həll olunmaz vəziyyətə gəlir.

Nə vaxt "Pap Smear" testi edilməlidir?


Normal seks həyatı olan qadınlar hər il "Pap Smear" testi etdirməlidirlər. Bu test cinsi orqanda xərçəngin diaqnozunda önəmli rol oynayır. Çox təəssüflər olsun ki, qadınlar bu testi etdirmirlər.

Kişilər nə vaxt yataqda özlərinə güvənirlər?


Bəli. Qadınlar kimi kişilər də özlərinə güvənməyə bilərlər. Belə vəziyyətlərdə partnyorunuzu qucaqlayıb, onu nə qədər bəyəndiyinizi bildirməlisiniz. Onun mükəmməl olduğunu vurğulamalısınız.

Qadınların 30 yaşdan sonra daha təcrübəli olduqları doğrudurmu?

Xeyr. Belə bir qayda yoxdur. Amma qadınların cinsi həyatlarında özlərinə güvənmələri bir az vaxt aldığı doğrudur. Əsasən 30 yaşdan sonra qadınların iş həyatları və özləri artıq yetkinləşir. Bu bədənlərinə də təsir edir. Özünüzü daha çox sevərsəniz, bu enerjiniz həm bədəninizdə, həm də ruhunuzda daha yüksək olar. Ancaq təbii ki, özünüzə güvənməyiniz üçün mütləq 30 yaşınız olmasına ehtiyac yoxdur. Özünəgüvənən, nə istədiyini bilən qadınlar hər zaman çox çəkicidir. Bu da seks həyatlarına da təsir edir.

Cinsi yolla yoluxan xəstəliklərə görə test edib etmədiyini necə soruşa bilərik?

Bu mövzü haqqında hər bir qadın danışmalıdır. Partnyorunuz təmiz olsa da, ona nə qədər güvənsəniz də mütləq həkim müayinəsinin nəticəsini görməlisiniz. Eyni zamanda belə bir testin nəticəsini o da sizdən istəyə bilər. Buna da hazırlıqlı olun.

Seksdən sonra duş qəbul etmək vacibdirmi?


Seksdən sonra yarım saat ərzində mütləq duş qəbul etməlisiniz. Əks halda idrar yoluna infeksiya ola bilər. Ancaq bu partnyorunuzu narahat edirsə, yatağınızın yanında nəm salfetka saxlayın.

Orqazm ola bilmirəm. Nə edə bilərəm?


Bir çox qadın bu problemi yaşayır. Mütəxəssislər yatağa girməmişdən öncə tamamilə rahatlamağın vacib olduğunu vurğulayır. Rahatlıqla orqazm yaşamaq istəyirsinizsə, bu fikirdən azad olmalısınız. Rahatlamağa çalışın. Şam işıqları, vanna bu yolda sizə kömək edə bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.