İnsanların 40 % - i nişan yaxud da evləndikdən sonra belə əvvəlki münasibətdə olduqları şəxslərlə danışmağa və görüşməyə davam edirlər

24 Temmuz 2021
1 776
0
İnsanların 40 % - i nişan yaxud da evləndikdən sonra belə əvvəlki münasibətdə olduqları şəxslərlə danışmağa və görüşməyə davam edirlər
Feat.Az saytı məlumat verir ki, Amerikan mütəxəssisləri hər iki cins, həm qadın, həm kişilər əvvəlki sevgilililəri ilə münasibətdə olmamalarını daha doğru hesab edirlər.Tədqiqatlar göstərir ki, belə keçmişdə yaşanıb bitmiş münasibətə yenidən can verilməsi yeni partnyorunuzla olan münasibətlərinizə ciddi ziyan vurur.

Cənubi Floridadan olan tibb nümayəndələri 450 nəfər könüllü ( 70% - i kişilər ) ilə sorğu keçiriblər.Anketləşdirmənin nəticələrini gözdən keçirdikdən sonra mütəxəssislər belə nəticəyə gəliblər ki, əvvəlki sevgili ilə sonradan dostluq münasibətləri saxlamaq həyatı heç də yaxşılaşdırmır.Tədqiqatlar belə göstərir ki, əvvəlki biri ilə münasibətin saxlanılması yalnız bir məqsədlə ola bilər – bu da əvəzedici olmasıdır.Çünki, çox insanlar hər zaman yeni münasibətlərinin hər an hansısa " çat” verə biləcəyindən narahat olurlar.

Statistik göstəricilərə inansaq, sorğu zamanı keçirilən nəticələr göstərir ki, insanların 40 % - i nişan yaxud da evləndikdən sonra belə əvvəlki münasibətdə olduqları şəxslərlə danışmağa və görüşməyə davam edirlər.Təxminən 90 % şəxslər əvvəlki sevgililəri ilə heç olmasa ayda bir neçə dəfə, 10 % isə hər həftə bu münasibətləri davam etdiriblər.

Sonda isə onu qeyd edək ki, əziz oxucularımız, bitmiş münasibət artıq bitib.Yeni münasibətə başladıqdan sonra əvvəlkinə qayıtmaq sadəcə məntiqsizlikdir.Çünki, düşünün, əgər əvvəlki şəxslə münasibətləriniz normal idisə, o zaman həyatınıza yeni birini əlavə etməzdiniz.Bundan başqa, yeni münasibətdə olduğunuz bir şəxs olarkən, əvvəlki ilə münasibətdə olmanız, "mən bu yeni münasibətdə olduğum şəxsə hörmət qoymuram” , " sən ondan daha üstünsən” kimi fikirlər yaradır.

Odur ki, çalışın ki, münasibətlərinizə və münasibətdə olduğunuz şəxslərə diqqət edəsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.