Sevən kişinin davranışları

28 Temmuz 2021
2 791
0
Sevən kişinin davranışları
Sevən kişi sevdiyi qızdan çəkinər. Əgər sizdən xoşu gəlir, amma sizə açılmırsa sizinlə danışa bilməz və danışarkən də gözlərini gözlərinizdən qaçırar.

Hər fürsətdə sizinlə yaxınlıq qurmağa çalışar. Yanınızda olmaq üçün heç bir fürsəti qaçırmaz. Ətrafınızda gəzər. Təsadüflər yaradar. Təsadüfən qarşılaşmış kimi edər, amma sizi təqib edər və fiziki olaraq yaxınınızda olar.

Əsəbi və çılğın ikən sizi gördükdə sakitləşər. Sizin yanınızda sizin gözünüzə girmək üçün özünü kiçildəcək bir sıra hərəkət edə bilər.

Onu "görməyiniz" üçün heç danışmayacağı mövzularda danışmağa başlaya bilər.

Sizə internet mühitində də yaxınlaşmağa çalışar. Facebookta dostunuz olar, divarınıza şərh yazar, digər məcralarda da tez-tez qarşınıza çıxar və sizinlə dialoq qurmaq cəhdləri edər.

Sizdən təsirlənən kişi hərəkətləriylə bunu açıq-aşkar bəlli edər əslində. Fərqli davranar, bəzən çox susar, bəzən çox danışar, sizə çiçək verər, telefon nömrəsi istər, ilk axtaran o olar və sizinlə tez-tez görüşmək istər.

Əgər bir kişi sizdən xoşlanırsa, o sizi qorumaq istər, məsələn izdihamlı mühitlərdə narahat olduğunuzu düşünsə, sizin üçün mübahisəyə girə bilər. Sizə suallar soruşaraq ehtiyaclarınızı anlamağa çalışar. Sağlamlığınızın və kefinizin yerində olmasını hər kəsdən çox o istər. Sizi hər şərtdə qorumağa çalışıb kədərlənməməniz üçün əlindən gələni edər.

Unutmayın, göz qəlbindəkini hər zaman görmək istəyər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.