İnsanları tanımaq üçün nələrə fikir verməliyik?

İnsanları tanımaq üçün nələrə fikir verməliyik?
Hər birimiz qarşımızdakı insanı tanımaq, onun sirli dünyasını kəşf etmək, bütün xüsusiyyətlərinə bələd olmaq, onun xarakterinə uyğun ünsiyyət yolu seçmək istəyərik. Çoxumuz “Filankəsə halal olsun, necə insan tanıyır. Əvvəlcədən onun necə adam olduğunu demişdi amma biz inanmamışdıq” tipli fikirlər söyləmişik.

Qarşımızdakı insanın xarici görünüşündən tutmuş, geyiminə, aksesuarlarına, danışığına, səs tonuna, saçına, qaşına, gözünə, oturuşuna qədər bir çox özəlliyinə baxaraq fikir yürüdərək insanları tanımağa çalışarıq. Maraqlı üsul kimi gəlsə də hər zaman düzgün nəticə vermir.

Sevgilinizə, yoldaşınıza, dostlarınıza, iş yoldaşlarınıza, sevdiklərinizə, sevmədiklərinizə, qonşularınıza, məhşur insanlara diqqətlə baxın. Hər biri xarakter baxımdan fərqlənir. Onların hər biri fərqli davranır, düşünür, yaşayır, qavrayır, izah edirlər.
Sevgi, dostluq münasibətində bir müddət keçdikdən sonra qarşımızdakı insanı daha dərindən öyrənməyə, tanımağa başlayırıq və bir çoxumuz “mən onun bu xasiyyətini kaş əvvəldən bilərdim; mən onu belə bilməzdim, necə oldu ki, onu tanıya bilmədim?” kimi suallar verərik, bəzən isə özümüzü günahlandırarıq.

Sevgi münasibəti qurmazdan əvvəl qarşımızdakı insanı tanımaq üçün aşağıdakı bəzi məqamlara fikir verməliyik:

Ailəsi ilə münasibəti necədir
Dostları ile münasibət necədir
Borca münasibəti
Evlənməyə münasibəti
Restoranda ofisianta davranışı
Özəl günlər haqqında düşüncəsi
hədiyyəyə almağa və verməyə münasibəti
Yüksək nüfuzlu insanlara münasibəti
Özündən statusca daşağıda olan insanlara münasibəti
Dava edərkən necədir
Yemək yeyərkən necədir
Qalib gəlmək üçün nələr edər, nələrdən vazkeçər
Məğlubiyyət onun üçün nə ifadə edir
Yalnızlığa münasibəti
Sevgi onun üçün nə ifadə edir
Qısqancdırmı
Qayda-qanunlara riayət edirmi
Öz şəxsi qanunları varmı
İnsanlar içərisində davranışı necədir
Siz yalnızkən necədir
Maşın sürərkən necədir
Agressiyaya meyillidirmi
Kiçik detallara fikir verirmi

Tez əsəbləşirmi və s. Bu punktlara ilk görüşdən cavab tapmaq mümkün olmasa da hər görüşünüzdə ətraflı şəkildə müşahidə edin.

Belə bir gözəl deyim var : “Bir insanı tanımaq istəyirsinizsə onunla yeməyə çıxın”. Kişinin beyninə gedən yol mədəsindən keçər. Ac olduqda necə reaksiya göstərdiyini, ofisianta müraciətini gözəl müşahidə etmək olar.

Unutmayın səhv insanı da seçsəz, düz insanı da seçsəz bu sizin seçiminiz olmalıdır. Yalnış seçim etmisinizsə ümüdsüzlüyə qapılmayın, artıq düz və səhv insanı tanımaq qabiliyyətinə yiyələnmisiz. Ən əsası isə səhv seçiminizin acısını digər insanlardan çıxarmayın. Ürəyimizə, beynimizə yatan hər insan 1 şansa layiqdir.

Psixoloq Təhminə Yaqubova

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.