Sevgilinizdən ayrıldıqdan sonra hiss etdiyiniz 10 duyğu

22 Nisan 2017
1 612
0
Sevgilinizdən ayrıldıqdan sonra hiss etdiyiniz 10 duyğu
Biri həyatınızın böyük bir parçası halına gəldikdən sonra, onu itirmək sizi böyük yaralarla baş-başa buraxar. Gülümsəyərək qurduğunuz xəyallar indi onun qədər darıxdığınızı xatırladan acı xatirələrə çevrilmişdir.

Aşiq olduğunuz adamı itirmək bədəninizin bir parçasını itirmək kimidir və öhdəsindən gəlmək olduqca çətindir. Zamanın yaralarınızı sağalmasını gözləməkdən başqa heç bir şansınız yoxdur. Ən pisi də elə bir insanı daha əsla tapa bilməyəcəyinizi düşünməkdir.

Budur sevdiyiniz adamla ayrılmağın yaratdığı 10 duyğu ...

1. İntihar istəyi - Əlaqəniz sizin ürəyinizi qırdığında, ağılınıza ilk gələn ən pis və səhv duyğu intihar düşüncələridir. Hər şey sona çatmış və həyatınız da sona yetmiş kimi hiss edərsiniz.

Ancaq bunların heç biri doğru deyil. Yaşadığınız hər şey bir keçiş dövrüdür. Bu son deyil, bunu ortaya çıxarmaq üçün tez-tez ailə və dostlarınızla danışın ki, belə bir səhv addım atmayasınız.

2. Fəaliyyətlərinizdən həvəs itkisi və maraqsızlıq. Bəli, hər şey artıq sizə monoton və darıxdırıcı gəlir. Bu günə qədər etməyi sevdiyiniz heç bir şey artıq diqqətinizi çəkmir. Bütün gün ya yatır, ya da dərdli-dərdli düşünürsünüz.

Mənfi düşüncələrdən sıyrılıb sağlam fəaliyyətlərə yönəlməyi bacara bilsəniz, kədər dairəsindən də asanca çıxa bildiyinizi görəcəksiniz. Qaçmağı, başınızı qarışdıracaq fiziki fəaliyyətlərinizi artırmağı təcrubə edin..

3. Özünə etibarı itirmək. Sevdiyiniz adam sizi tərk edib, həyatına davam edincə, özünə inamınızı itirməyə başlayarsınız. Özünüzü alçaldılmış hiss edər, insanlardan çəkinərsiniz. Hətta sizə ən yaxın olanlardan belə uzaqlaşarsınız.

Rədd edilmə qorxusuyla yeni insanlarla tanış olmaq üçün evdən çıxmaz, hər kəsin sizə yuxarıdan,aşağı baxdığını düşünərsiniz. Heç bir dedi-qoduya inanmayın və insanların haqqınızda nə düşündüyünü düşünməkdən imtina edin! Əlaqənizin bitmiş olması, sizin səhviniz olmaya bilər.

4. Təklik və depressiya hissi. Təklik və depressiya ayrılıqdan sonra yaşadığınız ən ağır duygulardandır. Özünüzü bütün dünyaya qarşı bağlayıb, başınızın qəmli sahəsində həbs olursunuz və bu da sizi yalnız daha da təkilyə sövq edər.

Hərəkətə keçməli və yeni insanlarla tanış olmalısınız. Yalnız bu şəkildə təklik hissindən xilas ola bilərsiniz. Cəmiyyətə qarışmalı və narahatlıqlarınızdan uzaqlaşmalısınız. Bəli asan deyil, ancaq keçmişi arxanızda qoymaq üçün tək yol budur!!!

5. Yenidən sınamaq. "Bu bir səhv idimi?", "Bəlkə də ayrılmamalıydım", "Belə birini bir daha əsla tapa bilməyəcəyəm", kimi düşüncələr tez-tez düşüncələrinizdə meydana çıxmağa başlayır. Hər zaman keçmişə dönməyi istəyərik. Ancaq dəyişmə həyatın ən əhəmiyyətli qaydasıdır ...

6. Özünü günahlandırmaq və günahkar hiss etmək. Olanlar üçün özünüzü günahlandırmaq probleminizi həll etməyəcək. Bəlkə də onun gunahı idi və bu vaxta qədər hec bilməmisiniz!... Özünüzə bu qədər əzab verməyin.

7. Dərhal yeni bir əlaqəyə başlamağı istəmək. Dərhal başqa biriylə birlikdə olma fikri olduqca məşhurdur. Amma bu sizi yalnız daha ümidsiz edir! Bu hər zaman yaxşı bir fikir deyildir. Hayatınızda olduqca əhəmiyyətli bir dəyişiklik oldu.

Daha tanımadığınız biri ilə, yeni bir əlaqəyə başlamaq qətiliklə tövsiyə edilmir. Özünüzü rahatlaşdırmaq üçün zamana ehtiyacınız var. Unutmayın, "Bir gün elə biri həyatınıza girəcək ki, bu zamana qədər, niyə başqası ilə oldum" deyə peşman olacaqsınız.

8. Əsəbi hiss etmək və intiqam duyğusu. Hirslilik hissi içinizdən sürünərək çıxacaq. Aldadılmış hiss edirsiniz. Özünüzü qəfəsdəki quş kimi hiss edir və bir an əvvəl intiqam almaq istəyirsiniz.

Elə qırılmısınız ki, nifrətinizi gizlədə bilmirsiniz. Həyatınızın onsuz daha yaxşı olduğunu ona göstərmək istəyirsiz. Amma səhv bir addım atmayın, çünki hirs sizi ələ keçirtmiş vəziyyətdədir. Əgər qiymətinizi bilməmişdirsə bitməsi daha yaxsı olmusdur.

9. Güvən və ümid itkisi. Sevdiyiniz adam etibarınızı qırdı. Özünüzdən belə çox güvəndiyiniz adam sizi aldatdı. Təbii olaraq artıq heç bir şeyin etibarlı və zəhmətə dəyərli olmadığını fikirləşirsiniz. Hər şeyə inamınızı itirdiniz. Özünüzü gunahkar sayırsınız.

Ancaq bir ümid işığından mohkəm tutmalısiniz. Optimist olun! Həyat sizə hər vaxt əzab verməz. Ümud, sizə həyata davam etmə gücü verəcək.

10. Heç zaman unudulmayacaq kimi görünən xatirələr! Keçib gedən bir şey deyil, nə qədər sınasanız da. Ayrıldığınız bir insanın sizə qoyub getdiyi tək şey, xatirələrdir. Baş-başa qaldiginiz şeylər xatirələrinizdir. Her şey sizə Onu xatırladacaq.

Eşitdiyiniz hər hüznlü mahnı, birlikdə keçirdiyiniz zamanları xatırladacaq. Ikinizin birgə, keçmişdə çəkdirdiyiniz fotoşəkillərə baxmaq sizə daha çox zab verər. Bitən bir əlaqəni unutmaq zaman və çox səbir istər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.