O sizinlə xoşbəxtdirmi?

30 aprel 2017
1 068
0
O sizinlə xoşbəxtdirmi?
Partnyorunuzun sizin yanınızdaykən xoşbəxt olub-olmadığını bədən dilindən anlaya bilərsiniz.

Sevgiliniz sizi hər vaxt "çox sevdiyini" söyləyir, lakin ortada heç səbəb yoxkən bunun doğru olmadığını düşünürsünüzsə, xəbərimizi oxumağa davam edin...

Sizin yanınızdakı duruşuna diqqət yetirin. Hər şeydən imtina etmiş kimi görünən sevgiliniz yaxşı olmaya bilər. Bu vəziyyətə kimin səbəb olduğunu öyrənə bilər, ona dəstək ola bilərsiniz.

Sevgilinizin sizinlə nə qədər göz təması qurduğuna diqqət yetirin. Əgər bir şey izah edərkən ya da birlikdəykən həmişə gözlərinin içinə baxırsa, səndən çox təsirlənir deməli.

Sevgilinizin ovuclarının tərləyib tərləmədiyinə, isti olub olmadığına baxın. Bu, onun sizi gördüyündə ehtirasının yüksəldiyinin bir göstəricisi ola bilər.

Sevgilinizə bir şey izah edərkən sizi dinləyib dinləmədiyini başını yelləyib yelləmədiyindən anlaya bilərsiniz.

Onun davranışları sizinkilərlə uyğundurmu? Siz oturarkən tez-tez yanınızdan dururmu? Sizinlə danışarkən danışıq sürəti sizinkiylə eynidirmi? Eyni cür nəfəs alıb verirsiniz? Bu aranızdakı yaxşı ritmin və uyğunlaşmanın əlamətidir. Bu davranışlar yamsılama kimi deyil.

Onun sizinləykən qollarını sinəsində bağlayırmı? Bu sizinlə onun arasında bir məsafə və divar meydana gəlməsinə səbəb olar.

Söhbət əsnasında o, çox qəribə danışır və hərəkətlər edirmi? Yəni siz həmişə eyni divara danışır kimi hiss edirsiniz?

Aranızda sizi uzaq tutan bir şey olduğunu düşürsünüz? Pis bir şey olanda o yanınızda deyilsə, bu pisə işarədir.

O, siz yanındaykən sizdən başqa hər şeylə maraqlanırsa, diqqətli olun.
Şərh Yaz