KİŞİLƏR, MÜTLƏQ OXUYUN: Qadın sevişmək istəmirsə...

06 Mayıs 2022
5 858
0
KİŞİLƏR, MÜTLƏQ OXUYUN: Qadın sevişmək istəmirsə...
Bəzi qadınların cinsi həvəsinin olmaması kişilərə qəribə görünür. Lakin bunun arxasında duran səbəblər bəlkə də heç kimin ağlına gəlmir. Mütəxəssislər qadınların sevişmək istəməməsinin səbəblərini təsnifatlandırıblar. Feat.Az onları təqdim edir. Kişilər bu səbəbləri anlasalar, cütlüklər daha xoşbəxt cinsi həyatı olacaq.

1. Bəyənildiyini eşitməmək


Kişi sadəcə sevişməyə ehtiyac duyur, yoxsa məhz onunla sevişmək istəyir? Bunlar fərqli səbəblərdir. Bəyənildiyini, arzu edildiyini duymayan qadın yanındakı kişi ilə heç bir şey etmək istəmir.

2. Toxunulmamaq, oxşanmamaq


Buna kişinin şəfqətsiz şəhvəti də deyə bilərik.

3. Pis qoxular

Siqaret, spirt, fırçalanmamış diş, yuyulmamış bədən qoxusu hər insan kimi, qadının da ürəyini bulandırır.

4. Canının ağrıması


Gözəl sözlər eşitməyən, oxşanmayan, pis qoxulara məruz qalan və nəticədə sevişməyə hazır olmayan qadın cinsi birləşmə əsnasında zövq əvəzinə ağrı hiss edir. Daha açıq desək, qadının cinsi birləşmədən zövq alması üçün vaginasının təbii yollarla oyandırılmasına ehtiyacı var.

5. Klitorun xəbərdar edilməsi

Klitor qadın bədəninin zövqə ən həssas nöqtəsidir və barmaqla üzərinə təzyiq etmədən, incə və yavaş toxunuşlarla oxşanmalıdır. Qadınla klitor yoxmuş kimi davranmaq və ya onunla kifayət qədər maraqlanmamaq qadının sevişmək üçün həyəcan duymasına mane olur.

6. Sevişmənin qısa davam etməsi


Adətən kişi sərtləşən penisini vaginayla dərhal birləşdirmək istəyir və qısa müddət ərzində boşalır. Qadın üçün isə vagina ilə penis görüşməsi seksin və sevişmənin yalnız bir hissəsidir. Bədənin həzz nöqtələrinə toxunulmayan qadın vaginasında penis qəbul etməkdən zövq almır. Kişilər sevişmə müddətinin penisin vaginada qalma müddəti olmadığını bilməlidirlər.

7. Sevişmədən sonra oxşanmamaq

Qadın sevişdikdən sonra şəfqətli toxunuşlara, sığallanmaya və qucaqlaşmaya ehtiyac duyur. Kişi arxasını dönüb xoruldamağa başladıqda qadın özünü əskik qalmış hiss edir və bu əskiklik hissini yaşamamaq üçün sevişməkdən qaçır.

8. Nələrdən zövq aldığı ilə maraqlanmadıqda


"Mənim üçün rəqs et", "Bu, mənə azdır" kimi tələbləri olan kişinin ağlına "Sən nə istəyərsən?" sualını vermək gəlmir.

9. Əhəmiyyətli olmaq


Hər cinsi birləşmə zamanı tərəf müqabilinin həyatında əhəmiyyətli olmağı düşünmək qadın üçün önəmlidir. Qadın üçün partnyorunun onun istəkləri, ehtiyacları və gözləntilərinə əhəmiyyət verməsi vacibdir. Siz də tərəf müqabilinizi həyatınızda dəyərli bir yerə qoyaraq qarşılıq verməlisiniz. Heç olmasa həftədə bir dəfə ikilikdə gün keçirin, bir-birinizə xoş sözlərlə dolu mesaj yollayın. İnsanların sizə necə davranmalarını istəyirsinizsə, siz də eyni formada davranın.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.