Onu evlənməyə necə razı salaq? – Subay qızlara məsləhət

25 Mayıs 2017
1 115
0
Onu evlənməyə necə razı salaq? – Subay qızlara məsləhət
Sevirsiz və sevilirsiz, yanınızda xəyallarınızın kişisi var. Artıq heç bir arzunuz qalmayıb, bircə ona ərə getməkdən başqa. Çünki o, hələ də sizə evlilik təklif etməyib. Əgər “nikah sevgini öldürür” şablon fikri sizə yaxın deyilsə, “onun həyat yoldaşı” statusunu qazanmaq istəyirsinizsə, o zaman münasibətinizə göz gəzdirin. Ola bilsin, sevgilinizin sizə evlənmək təklif etməsi üçün bir neçə addım atmalısınız. Feat.Az sevdiyi oğlana ərə getmək üçün subay qızlara 6 məsləhət verir.

İstəklərini öyrənin

Onunla planları, xəyalları haqqında söhbət açıb, gələcək həyatında yerinizin olub-olmadığını öyrənin. Ümumiyyətlə, gələcəkdə sizin üçün bir ailə görünürmü?! Əgər dəyər və prioritetləriniz oxşardırsa, onda növbəti addıma keçə bilərsiz.

Onun dostu olun


Qadın qonaq otağında əsl xanım, mətbəxdə evdar xanım, yataqda fahişə olmalıdır.” Bu formulu hər birimiz bilirik. Ancaq bu formula daha bir cümlə də əlavə etmək olar - “qadın sevgilisi üçün dost olmalıdı”. Məhz dostluq cütlüklər arasında güvən və qarşılıqlı anlaşmanın təməlini qoyur. Əgər sevdiyiniz plan, düşüncə, ideyalarını sizinlə bölüşürsə, onun başlıca məsləhətçisi sizsinizsə, onda evlilik problemini həll etməyə yaxınsınız.

Ailəsi və dostları ilə yaxşı münasibət qurun


Hətta ən müstəqil kişi belə, yaxınlarının və dostlarının fikirlərinə laqeyd yanaşa bilmir. Düşüncələrinin lideri olan yaxınları, dostları ilə münasibətinizi yaxşılaşdırmalısınız. Əgər sevgilinizin anası ilə dost olmusunuzsa, onda unutmayın ki, evlilik problemini həll etməkdə artıq bir köməkçiniz var.

Onu dəyişməyə çalışmayın


Kişini olduğu kimi qəbul etmək və onu öz qaydalarınla idarə etməyə çalışmamaq nadir istedaddır. Əlbəttə, kişi sevdiyinin təsiri ilə dəyişə bilər, ancaq ilham alaraq, təzyiq, müqayisə, ya tənqidlərlə deyil. Müdir rolunu oynamayın.

Onu tez-tez tərifləyin


Onu olduğu kimi qəbul edib tərifləməyi unutmayın. Kişi sizin gözlərinizə baxarkən qəhrəmanınız olduğunu hiss etməlidir. Onun bütün uğurlarını birlikdə qeyd edin. Bir insanı qəbul edib, lazımlı olduğunu hiss etdirməklə tezliklə evlilik təklifi alacaqsınız.

Rahatlayın

Bütün silahları əlinizə alıb, onu evliliyə razı salmaq üçün çalışmaq yerinə silahları kənara qoyun və rahatlayın. Bütün düşüncə, davranışlarınızı “evlənməyə necə vadar edim?” sualına yönəltmək sizi nikah idarəsinə aparmayacaq. Ondansa hər andan zövq alın, özünüzə rahatlıq verin və edəcəyiniz bir şey yoxdursa, sadəcə gözləyin.
Əvvəlki Xəbər Növbəti Xəbər