Yoldaşınız ilə keyfiyyətli zaman keçirməyin yolları

28 Mayıs 2017
1 500
0
Yoldaşınız ilə keyfiyyətli zaman keçirməyin yolları
Yoldaşınız ilə daha keyfiyyətli vaxt keçirmək, keçən günləri geri qaytarmaq mümkündür.

1. İlk görüşünüzü yenidən yoxlayın

İlk görüşünüz bəlkə də çox qəribə keçmiş ola bilər. Heç fərq etməz. Yaşınız neçə olursa-olsun, ilk görüşünüzü təkrarlayın. Bu yoldaşınıza niyə aşiq olduğunuzu xatırlamağınızı təmin edəcəkdir. İşləri, uşaqları və həyatınızın mərkəz nöqtəsindəki hər şeyi bir kənara qoyun və bu duyğusal zamanın dadını çıxardın.

2. Baş-başa şam yeməyi yeyin
Gözəl bir yemək hazırlayın və ya sifariş edin. Evdə üzərinizə gözəl paltar geyinin. Ən sevdiyiniz musiqi sədaları altında gözəl bir axşam yeməyi yeyin. Sizə aid olan bu zamn, bir-birinizin yenidən fərqinə varmağınıza səbəb olacaqdır.

3. Birlikdə bir şeylər edin
Bəzən gündəlik həyatdan çıxıb yeni bir şey etmək, yoldaşınızla daha keyfiyyətli vaxt keçirmənin bir yoludur. İdman edə bilər, gəzintilərə qatıla bilər və ya sadəcə yürüşə çıxa bilərsiniz.

4. Bacarıqlarınızı danışdırın
Bəzi insanlar yaxşı hekayə və şeir yaza bilir, bəziləri musiqiyə maraq duya bilir ya da yaxşı rəsm çəkə bilir. Hansı mövzuda bacarığınız varsa, yoldaşınız üçün bu bacarığınızı ortaya qoyun. Nəticə, sonsuza qədər xatırlayacağınız bir xatirə olacaqdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.