Sevdiyinizlə nə qədər uyğunsunuz?

28 Mayıs 2017
1 597
0
Sevdiyinizlə nə qədər uyğunsunuz?
Xəyallarnızdakı partnyoru axtararkən uzun, cəzibədar, zarafatcıl, müvəfəqiyyətli kimi xüsusiyyətlər öndə gəlir. Ancaq uyğun bir cütlük olmağın və uzun müddətli xöşbəxtliklə bunların bir əlaqəsi yoxdur.

Bir-birinizin qoxusunu sevin.

Sevgilinizin qoxusu ən təsirli qoxulardan biridir. Əgər qoxusunu sevirsinizsə, münasibətiniz uzun müddətli olma ehtimalı da artır. Çünki təbii qoxumuz immunitet sistemimizin genetika ilə əlaqəlidir. Araşdırmalara görə qadınların, atalarının genlərinə bənzər genlərə sahib kişiləri seçdiyini öyrənilmişdir.

Bir-birinizlə danışın.
Sadəcə nə danışdığınız deyil, bunu necə söylədiyiniz də vacibdir. Həm danışarkən, həm də yazarkən, bənzər əlaqə tərzinə sahib olan cütlüklərin uyğun olma ehtimalı daha yüksəkdir. Məsələn, edilən araşdırmada, bir-biriləri ilə bənzər əlaqə modellərini yaratmaq danışan cütlüklərinikinci görüşə çıxma və 3 ay sonra bərabər olma ehtimalı yüksəlmişdir. Araşdırmacılara görə bunun səbəbi bənzər sözlərdən istifadə etməyin, sevgilinizlə danışmaya daha yaxşı diqqət cəmləmələrini və bir-birilərinin nə demək istədiklərini daha yaxşı anlamalarını təmin etməsidir.

Bir-birinizin yaxşı tərəflərini ortaya çıxarın.

Bəzi münasibətlər yaxşı, bəziləri isə pis tərəflərin daha çox ortaya çıxarır. Əgər iki tərəfdə, bu münasibətin digərinə yaxşı gəldiyini düşünürsə, bu yaxşı bir işarətdir. Ancaq bu bir-birilərini dəyişdirmək mənasına gəlmir. Əgər sevdiyiniz üçün dəyişmək məcburiyyətində hiss edən bir tərəf varsa, bu bambaşqa bir şeydir.

Maliyyə baxımından uyğunlaşın

Eşq və pul qarışıq bir ikilidir. İki tərəfin də nə qədər qazandığı yox, qazandığı pulu necə idarə etmək istdiyi uyğun bir cütlük olmaq baxımından vacibdir. Əgər bir tərəf olmayan pulunu bahalı məhsullara xərcləyir, digər tərəf isə qənaət etməyi hədəfləyirsə, problemlərin yaşanması qaçınılmazdır. 4500 evli cütlük üzərində edilən aşdırmada, münasibətlərin başında pul mövzusunu müzakirə edən cütlüklərin boşanma ehtimalı daha yüksəkdir.
Əvvəlki Xəbər Növbəti Xəbər