Xoşbəxt olmadığınız evlilikdə nə etməli?

04 Eylül 2021
1 359
0
Xoşbəxt olmadığınız evlilikdə nə etməli?
Mütəxəssis həkim Taner Canatar, evliik əlaqəsinin sevgi, hörmət, paylaşma ilə irəliləyirsə xoşbəxtliyin, irəliləmirsə də bədbəxtliyin başlıca qaynaqlarından birisi olduğunu ifadə edərək, "Evlilik, "mən"i qoruyaraq "mən" və "sən"dən "biz" yaratma arzusudur. Qadın və kişi baxış bucağında başlıca fərqlilikləri duyğuları, ehtiyacları, fiziki duyğuları, davranışları və seçimləri olduğu qədər ifadələri, öncəlikləri və maraq dairələrinə də birbaşa təsir edir. Bunun nəticəsində də qadınların və kişilərin bir-birindən uzaqlaşam səbəbləri də fərqli olur" dedi.

Qadın üçün kişinin maraq göstərməsi sevgisinin ən vacib əlaməti ikən yoldaşı tərəfindən maraq görməyən, ehmal edilən bir qadının dəyərizlik duyğusuna qapıldığını söyləyən Canatar, " Bu vəziyyətdə ən çox ehtiyacı olan şey yoldaşının onu sevdiyinə, ona dəyər verdiyinə dair sözləri və davranışlarıdır, amma bunları tapa bilmədiyində yolaşından küsür, qırılır və ondan uzaqlaşır. Uzaqlaşan tərəf kişi olduğunda isə səbəbi yoldaşına duyduğu hirs və qırğınlıqdır. Qırğınlıq və hirs ümumiyətlə birlikdə, çoxluqla da iç-içə keçmiş şəkildə yaşayan və münasibəti yavaş-yavaş zəhərləyən duyğulardır. Halbuki evlilikdə eşq, yaxınlıq və sevgi üçün hiss edilən ehtiyacların qarşılanması məqsəqlənir" deyə danışdır.

Həkim Taner Canatar xoşbəxt olmayan cütlüklərə bu tövsiyələri verdi:


" Hər nə qədər çətin hətta bəzən imkansız kimi görünsə də xoşbəxt olmayan bir evlilik və yoldaş üçün hər şey bitmiş sayılmır. Əslində bir neçə kiçik dəyişim və addımla belə bir münasibətinn seyri dəyişilə bilər. Bunun üçün sevgili olduğunuz günlərə geri dönməlisiniz. Yoldaşınızla bağlı sevgi, yaxınlıq göstərmədən heç əl çəkməyin, onu dinləyin, təsdiqləyin, Heç vaxt başqaları ilə müqayisə etməyin və heç vaxt alçaltmayın. Yoldaşınızın duyğu və düşüncələrinə əhəmiyyət verdiyinizi və ona dəyər verdiyinizi hər fürsətdə sözləriniz ya da hərəkətlərinizlə göstərin.

Yoldaşınızı öz istədiyiniz kimi birinə çevirməyə çalışmayın. Təzyiqci və yoxlayıcı deyil, həssas, diqqətli, yaxın və isti olun. Problemlərin hələ başlanğıcındaykən açıq bir şəkildə öz səhvlərinizi qəbul edib, birlikdə çıxış yolu axtarın.

Yoldaşınızın ya da özünüzün keçmişdə etdiklərini təkrar-təkrar gündəmə gətirməyin, səhvləri üçün onu sorğulayıb, etdiklərini davamlı üzünə vurmayın. Birlikdə daha çox vaxt keçirin və gələcəkdə xatırlayaraq sevinəcəyiniz gözəl anlar yaşamaq üçün birlikdə bəyəndiyiniz fəaliyyətlərə imkan yaradın."
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.