Xanımlara XƏBƏRDARLIQ: belə kişilərdən uzaq qaçın

Xanımlara XƏBƏRDARLIQ: belə kişilərdən uzaq qaçın
“Söz vermək – evlənmək demək deyil”. Biz qadınlar çox sadəlövhcəsinə sevgimizin gücünün gəzəyən kişini sadiq ailə başçısına, məsuliyyətsiz eqoisti sadiq cəngavərə çevirəcəyini ümid edirik. Ancaq boynumuza alaq ki, bu cür möcüzələr nadir hallarda olur, çoxu da kinoda, həyatda yox. Əgər sizin də sevdiyiniz Feat.Az-ın təqdim etdiyi bu xarakterlərə sahibdirsə, çox təəssüflə deyə bilərik ki, münasibətinizi xoş sonluq gözləməyə bilər.

Əbədi subay


Bu tip kişilərlə münasibət ilk başdan aldadıcı, ümidverici ola bilər, sizə xüsusi diqqət göstərəcək, arzularınızı gerçəkləşdirəcək, şarmı ilə cəlb edəcək. Bütün bunlar ancaq o an - münasibətinizin qeyri-ciddi romantik bir münasibətdən ciddi nəyəsə çevriləndə dəyişəcək. Uzun müdətli ciddi münasibətlər onlar üçün deyil, onlar bundan qorxur və qaçırlar. Əgər həyatınızın yeganə sevgisini axtarırsızsa, onda bu tip kişilər sizlik deyil.

Kollektor

Bu kişilər əvvəldən hamıya bütün həyat qabiliyyətini göstərməyə çalışır. Onun dünyasına girmək çətindir. İncəsənətdən danışmaqla da heç nəyə nail ola bilmərsiz. Onlar həm də yaxşı aktyordur. Səbrləri yoxdur, hər şeyin asanlıqla əldə olunmasına çalışar, hadisələri dəyişdirib məqsədinə nail omaq istəyir ki, növbəti addıma keçsin.

Narsist

İlk əvvəl onun çox baxımlı olması, təmizlənmiş ayaqqabısı və səliqəli geyimi sizi cəlb edəcək. İlk baxışdan həyatınızın şahzadəsini tapdığnızı düşünə bilərsiz. Ancaq zamanla sizin ad gününüzü unudacaq, öz doğum günlərində dəyərli hədiyyələr etmənizi, xəstə olanda çox diqqətinizi istəyəcək. Unutmayın, o, ancaq sevgi istəyir, sevməyi bacarmır.

Zalım


Zalım tiplərini tanımaq asan olmur. Onların ilk dəfədən qayğı və nəzarət göstərməsi kişilik xüsusiyyətinin, qayğı və əsl bağlılığın göstəricisi kimi görünür. Bu cür kişinin yanında qadın özünü zəif hiss edir və bütünlüklə kişiyə təslim olub ona bütün qərarları alması haqqını verir. Bu kişilərlə münasibət sevgi üzərində deyil, qayğı və tabelik üzərində qurulmuş olur. O, öz düşüncəsinin ssenarisini oynamanızı istəyəcək, ətrafı özü seçəcək. Əgər onun əlində gözəl kukla olmaq istəmirsizsə, onda gec olmadan ondan ayrılın.

Ah-vay edən


Bu tip kişilər hər zaman həyatdan şikayətlənməyə və istənilən situasiyada ah-vay etməyə bəhanə tapır. “Hava bərbaddır, hər yerdə tıxac var. Bir sözlə, həyatda mənimki heç gətirmir...“ Belə görünür ki, bu kişilərə qadın sevmək üçün deyil, lazım gələndə içindəkiləri bölüşməyə, həyatdan şikayət etməyə lazımdır. Sizi də pessimist düşüncəsi ilə zəhərləmədən qaçın.

Sərbəst olmayan

Evli kişi ilə münasibət heç vaxt xoşbəxtlik gətirmir. Və sadəcə “o, boşancaq, necə möhtəşəm olduğumu anlayacaq” kimi nağıllara inanmaqla keçəcək ömrünüz. Özünüzə hörməti inkar edərək, qiymətli vaxtınızı alaraq illərinizi boşuna verə bilərsiz. Halbuki, illərinizi subay və sizi həqiqətən sevən birinə həsr edə bilərsiz.
lent.az

ƏN SON XƏBƏRLƏR

HAMISI
Sevdiyim Yazılı Şəkillər 2019 (85)
18:00
0

Sevdiyim Yazılı Şəkillər 2019 (85)

Qusma - hansı xəstəliklərin xəbərçisidir? - Qarşısını nələr alır...
17:00
58

Qusma - hansı xəstəliklərin xəbərçisidir? - Qarşısını nələr alır...

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
128

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

İki Kappuçino Yazılı Şəkilləri 2019 (28)
15:00
219

İki Kappuçino Yazılı Şəkilləri 2019 (28)

Yaddaşı gücləndirən 6 qida
14:00
95

Yaddaşı gücləndirən 6 qida

Bürclərin Sevilməyən Özəllikləri - Fotolar
13:00
267

Bürclərin Sevilməyən Özəllikləri - Fotolar

Ağrıkəsicilər öldürə bilər? - ARAŞDIRMA
12:00
56

Ağrıkəsicilər öldürə bilər? - ARAŞDIRMA

Şuba Salatı Resepti
11:00
137

Şuba Salatı Resepti

Axtar Onu Yazılı Şəkilləri 2019 (5)
10:00
490

Axtar Onu Yazılı Şəkilləri 2019 (5)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ