Sağlamlığın və cavanlığın sirri – HƏFTƏDƏ 3 DƏFƏ SEKS

Sağlamlığın və cavanlığın sirri – HƏFTƏDƏ 3 DƏFƏ SEKS
Normal intim həyat insan sağlamlığı üçün olduqca vacib amillərdən biridir. Elmi cəhətdən sübut olunan bu fakt bir daha onu göstərir ki, cinsi fəaliyyətlə insan sağlamlığı arasında birbaşa əlaqə var.
Feat.Az modern.az-a istinadən intim həyatın sağlamlığa 10 təsiri haqqında yazını təqdim edir.

1. Normal intim həyat, müntəzəm olaraq sekslə məşğul olmaq insanı stressdən azad edir. Seks zamanı orqanizmdə stress hormonları ilə mübarizə aparan dofaminin miqdarı artır, bununla da orqanizm bir çox xəstəliklərə səbəb olan stressdən asanlıqla qurtula bilir.

2. Seks hərəkət deməkdir. Fəal intim həyatı olan insanlarda fizioloji dəyişikliklər baş verir ki, bunu fiziki məşqlərlə müqayisə etmək olar. Belə ki, seks zamanı tənəffüs sürətlənir, orqanizm yorulur, son nəticədə sekslə məşğul olarkən orqanizm idman etdiyi zaman sərf etdiyi kalorilərdən daha çox kalori yandırır.

3. Normal intim həyat normal qan təzyiqi deməkdir. Müntəzəm sekslə məşğul olmaqla qan təzyiqini normal vəziyyətdə saxlamaq olar.

4. Alimlərin qənaətinə görə, həftədə üç dəfə sekslə məşğul olanlar passiv intim həyatı olan insanlardan 10 il cavan görünürlər. Seks vaxtsız qocalmanın qarşısını alan ən yaxşı vasitələrdən biridir.

5. Fiziki hərəkətləri əvəz edən seks insanın dərin və normal yuxusunu təmin edir. Yuxu problemlərindən əziyyət çəkənlər üçün yatmazdan əvvəl sekslə məşğul olmaq istənilən yuxu dərmanından qat-qat effektlidir.

6. Statistik göstəricilərə görə, 40 yaşdan yuxarı kişilərin 50 faizdən çoxu potensiya zəifliyindən şikayətlənirlər. Cinsi zəifliyin ən yaxşı dərmanı məhz elə seksdir. Fəal intim həyat cinsi həvəsi artırır, potensiyanı zəifləməyə imkan vermir.

7. Müntəzəm olaraq sekslə məşğul olmaq prostat xərçənginin yaranma ehtimalını azaldır. Alimlərin bu sahədə apardıqları araşdırmaların nəticələrinə görə, seks onkoloji xəstəliklərin inkişafına mane olur.

8. Normal intim həyat sağlam ürək deməkdir. Seks infarkt və insult üçün ən yaxşı profilaktik vasitədir. Mütəxəssislərin apardıqları tədqiqatların nəticələrinə görə, seks kişilərdə ürək xəstəliklərinə tutulma riskini azaldır. Alimlər seksin ürəyə bu müsbət təsirinin qadınlara aid olmadığını da aşkar ediblər.

9. Seks orqanizmin immun sisteminə müsbət təsir göstərərək onu gücləndirir. Aparılmış tədqiqatlar da sübut edib ki, müntəzəm sekslə məşğul olanların immuniteti, müxtəlif xəstəliklərə müqaviməti daha güclüdür.

10. Ən nəhayət, seks cütlüyün bir-birinə etibarını, güvənməyini, sevgi hisslərini mənəvi və fiziki baxımdan bir nöqtədə birləşdirən, sonda bütün umu-küsüləri unutduran ən gizli və ən pünhan sevgi oyunudur.

Çalışın intim həyatınızda hər şeyi yerbəyer edin. Özünüzü bu sevgi oyunlarından məhrum etməyin ki, sağlamlığınızdan məhrum olmayasınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
Loading...

ƏN SON XƏBƏRLƏR

HAMISI
Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (66)
21:00
566

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (66)

22.11.2019 Gündəlik Bürclər (22 Noyabr 2019)
20:00
2 329

22.11.2019 Gündəlik Bürclər (22 Noyabr 2019)

Sevginin ömrünü necə uzatmaq olar?
19:00
323

Sevginin ömrünü necə uzatmaq olar?

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (327)
18:00
699

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (327)

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (341)
17:00
634

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (341)

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
255

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

Sağlamlıq üçün ən zərərli qida müəyyənləşdirildi - Ağlagəlməz nəticə
15:00
117

Sağlamlıq üçün ən zərərli qida müəyyənləşdirildi - Ağlagəlməz nəticə

Qığılcım Yazılı Şəkillər 2019 (98)
14:00
650

Qığılcım Yazılı Şəkillər 2019 (98)

Bürclərin Münasibət Müddətləri - Foto
13:00
317

Bürclərin Münasibət Müddətləri - Foto

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 528 İRƏLİ