İntellekt səviyyəsi yüksək olan kişilər qadınlara daha çox... - HEYRATAMİZ FAKT

29 Temmuz 2017
1 688
0
İntellekt səviyyəsi yüksək olan kişilər qadınlara daha çox... - HEYRATAMİZ FAKT
Sadiqlik kişinin intellekt səviyyəsindən asılıdır. Məlum olub ki, ağıllı kişilər həyat yoldaşına daha çox sadiq olur.

Feat.Az
xarici mətbuata istinadən xəbər verir ki, britaniyalı alimlər intellekt səviyyəsi yüksək olan kişilər haqqında heyratamiz faktı aşkara çıxarıb.

Müasir dünyada poliqamiya (çoxarvadlılıq, çoxsaylı nikah) - çox yayılmış haldır. O zərif cinsin nümayəndələrini ələ keçirsə də, bu məsələdə lider mövqedə kişilər dayanır. Belə hesab edilir ki, kişinin sadəqətli olması qadının davranışından asılıdır. Kişinin başqa qadınlarla eşqbazlıq etməsi ailə həyatında seksual məmnuniyyətsizliklə izah olunur.

Amma London İqtisadiyyat İnstitutunun mütəxəssisləri bu stereotipi təkzib edib. Onlar apardığı araşdırmada kişinin həyat yoldaşına sadiqliyi ilə intellektual səviyyəsi arasında əlaqə tapıb. Məlum olub ki, ağıllı kişilər həyat yoldaşına daha az xəyanət edir.

Bəs belə bir qanunauyğunluq nədən irəli gəlir?


Britaniya alimləri deyirlər ki, intellekt səviyyəsi yüksək olan kişilər özünə məşuqə axtarmır, çünki sosial planda monoqamiya (Bir insanın cəmi bir partniyorunun olması və ya bir nəfərlə evliliyi monoqamiya adlanır) tərəfdaşlar arasında münasibətlərin daha sərfəli və təhlükəsiz variantıdır. Amma bu faktı yalnız kişilərin ağıllı nümayəndələri dərk edə bilər.

Əgər təkamül tarixini izləsək, görərik ki, kişilərdə poliqamiya tədricən monoqamiya ilə əvəz olunub. Bir qadınla seksual münasibətlər ən yaxşı və optimal intim davranış modeli sayılır. Bu, kişini daim yeni partnyor axtarılması zərurətindən xilas edir, həyəcan, stress səviyyəsini azaldır, həmçinin əsəb sisteminin yaxşı vəziyyətdə saxlamağa kömək edir. Monoqamiya seksual münasibətlərin ən yüksək səviyyəsidir.

Amerikalı psixoloq Maykl Daymonsa hesab edir ki, kişilərdə monoqamiya və ya poliqamiya uşaq yaşlarından formalaşır. Hər şey ailə münasibətlərinin modelindən asılıdır, çünki oğlanlar məhz valideynlərinin davranışlarını özünə örnək seçir. Əgər onun atası xanımına sədaqətli olmayıbsa, onda onun oğlu çətin ki, monoqam prinsipləri qəbul edəcək. Əgər həmin ailə münasibətlərində məhəbbət və sədaqət hökm sürübsə, onda oğul gələcəkdə bu nümunəni öz ailə həyatında da tətbiq etməyə çalışacaq.

Bundan başqa Britaniya alimləri valideynləri dayə xidmətlərindən yararlanamamaq barədə xəbərdar edib. Əgər uşağa kiçik yaşlarda anasından çox dayə qulluq edərsə, onda oğlanlar gələcəkdə özünə kənarda məşuqə axtarmağa meylli olacaq. Çünki uşaqlıqda onların şüuraltında onda belə təəssürat formalaşır ki, rəsmi ailə münasibətlərindən savayı kənarda da doğmalıq hissləri mövcuddur. Bu da onlarda dayələr timsalında göstərilir.

Bir partnyora sadiq olmaq nəinki dəbdədir, həm də faydalıdır. Florensiya Universitetinin alimləri təsdiq edib ki, ər-arvad sədaqəti kişilərin və qadınların uzunömürlü olmasına birbaşa təsir edir.
publika.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.