Sevgiliniz yoxdursa, nə etməlisiniz?

14 Temmuz 2021
2 527
0
Sevgiliniz yoxdursa, nə etməlisiniz?
“Bağlanma” teoreminin yaradıcısı olan ingilis psixiatrı Con Boulbi etibarlı və yaxın duyğusal münasibətlərə ehtiyacla doğulduğumuzu və bunun beşikdən məzara kimi davam etdiyini vurğulayıb.

Son zamanlar psixoloji sahələrdə də sadəcə uşaqların deyil, böyüklərin də sağlam, xoşbəxt və uğurlu olması üçün duyğusal münasibətlərə ehtiyacı olduğu qəbul edilir.

Təkliyin təhlükələri

Yalnızlıq zehni və fiziki sağlamlıq üçün bir təhdiddir. Yalnızlıq siqaret çəkmək kimi pis vərdişə itələyir və erkən ölümə yol açır. Təcrid olunmaq həbs cəzası qədər pisdir. İnsanlar bir-birinə bağlıdır və bu bağlantı pozularsa, sinir sistemi qarışır, əks reaksiyalar yaşanır.

Romantik münasibətlər


Xoşbəxt və sağlam şəkildə davam etdirilən münasibətin insanın zehni, ürək sağlamlığı və immunitet üzərində faydalı olduğu bilinir. Hətta beynin acı və qorxuya verdiyi təsiri də dəyişdirmək gücü var.

Əgər təksiniz və bir münasibətiniz yoxdursa, nə etməlisiniz?

Bayıra çıxın, insanlarla tanış olun. Tanış olmaqdan qorxursuzsa, psixoterapevtlə görüşün.

Bir dəfə bayıra çıxıb insanlarla tanış olmağa başlayınca, sıra istədiyiniz kimi sağlam və güvənli bir münasibətə gələcək. Səmimi olun. İlk əvvəl özünüzə qarşı səmimi olun. Sizi tanımalarına icazə verin. Hər kəsin zəif tərfləri var, əsas olan düzgün insanlarla birlikdə güclü olmaqdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.