Sevgilinizlə qucaqlaşanda belinizi sığallayırsa... - MARAQLI MƏNALAR

31 Ağustos 2017
2 143
0
Sevgilinizlə qucaqlaşanda belinizi sığallayırsa... - MARAQLI MƏNALAR
Sevdiklərimizlə qucaqlaşmaq hər birimizə müsbət təsir edir. Alimlərin araşdırmalarına görə, qucaqlaşmaq yalnız psixoloji deyil, sağlamlıq baxımından da xeyirlidir. 10 saniyəlik qucaqlaşma insan beynində stress hormonu olan oksitosinin azalmasına gətirir. Bu isə qan təzyiqini azaldır, infeksiya və yorğunluqla mübarizə aparır, depressiya simptomlarını azaldır. Bəs qucaqlaşma formalarının nə məna verdiyini bilirsinizmi? Feat.Az bununla bağlı maraqlı məlumatı təqdim edir.

Bir münasibətin fərqli xüsusiyyətlərini özündə ehtiva edən müxtəlif qucaqlaşma formaları var. Onlara diqqət etsəniz, sevdiyinizin sizin haqda nə düşündüyünü biləcəksiniz.

1. Əllərinizi sevgilinizin ciblərinə soxaraq qucaqlamaq

Əllərinizi partnyorunuzun ciblərinə soxa biləcək qədər rahat olmağınız, onun sizin üçün bir məna ifadə etdiyini göstərir.

2. Qolları sevgilinin belinə dolayaraq qucaqlamaq

Qollarınızı sevdiyiniz insanın belinə dolamağınız qoruma instinktini göstərir. Onun üçün daim güvən və rahatlıq yarada biləcəyinizə dair özgüvəninizin işarəsidir.

3. Gözlərinin içinə baxaraq qucaqlamaq


Sevgilinizin gözlərinin içinə baxaraq qucaqlamaq həqiqi və səmimi bir əlaqə yaratmağı bacardığınız anlamına gəlir. Onu qucaqlayaraq gözlərinin içinə baxdıqda demək olar ki, münasibətiniz fiziki həzzi aşıb, artıq qarşınızdakı şəxsin ruhuna bağlanmısınız.

4. Qucaqlaşarkən belini sığallamaq


Bu, rahatlamaq mənası daşıyır. Həmişə o insanın yanında olmaq istəyirsiniz. Ona dəyər verirsiniz. Bu davranışla yaxınlaşdığınız şəxs adətən problemlərinizi anlatmağa və eyni zamanda onunkunu də dinləməyə könüllü olduğunuz şəxsdir.

5. Qolları çiyinlərə qoyaraq qucaqlamaq

Sevgiliniz qollarını çiyinlərinizə qoyaraq qucaqlayırsa, bu hərəkət dostluğu göstərir. Deməli, inam dolu bir münasibət qurmusunuz, amma dostanə bir yolla.

6. Qucaqlayarkən belini oxşamaq

Bel oxşamaq da dostluğun göstəricisidir. Bu forma dostluqdan o yana bir yaxınlıq istəmədiyinizi bildirir. Dostluğun ilk mərhələlərində olan şəxslərin etdikləri hərəkətdir.

7. Qucaqlaşarkən araya məsafə qoymaq


Belə edən şəxslər var. Əgər biri sizi qucaqlayarkən aranıza məsafə qoyursa, bu, özünü narahat hiss edir deməkdir. Bu vəziyyət inamsızlığı, ya da anlaşmazlığı göstərir. Yenə də pis bir şey düşünmək olmaz. Bəlkə də sizi daha yaxşı tanımamasının göstəricisidir.
lent.az

ƏN SON XƏBƏRLƏR

HAMISI
Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (35)
21:00
203

Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (35)

22.10.2019 Gündəlik Bürclər (22 Oktyabr 2019 Günlük Bürclər)
20:00
540

22.10.2019 Gündəlik Bürclər (22 Oktyabr 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (297)
19:00
481

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (297)

Düzgün Sevilmədik Yazılı Şəkilləri 2019 (12)
18:00
465

Düzgün Sevilmədik Yazılı Şəkilləri 2019 (12)

Ağızda quruluğun 7 səbəbi - Çıxış yolu
17:00
99

Ağızda quruluğun 7 səbəbi - Çıxış yolu

Axtar Onu Yazılı Şəkilləri 2019 (7)
15:00
603

Axtar Onu Yazılı Şəkilləri 2019 (7)

Qıcıqlanmış bağırsaq sindromu nədir?
14:00
85

Qıcıqlanmış bağırsaq sindromu nədir?

Bürclərin Məşhur Qadınları Kimlərdir - Fotolar
13:00
301

Bürclərin Məşhur Qadınları Kimlərdir - Fotolar

Səhər yeməyində turp və zeytun yağı... Məşhur həkimdən ÇAĞIRIŞ
12:00
83

Səhər yeməyində turp və zeytun yağı... Məşhur həkimdən ÇAĞIRIŞ

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ