Virtual sevgi: onlar bir-birinə hansı yalanları deyir?

05 Eylül 2017
1 284
0
Virtual sevgi: onlar bir-birinə hansı yalanları deyir?
İnsanların əksəriyyəti virtual münasibətlərə meyllidir. Çünki virtual aləmdə biz özümüzü çox rahat ifadə edirik. Olmaq istədiyimiz kimi oluruq. Çox rahat şəkildə yalanlar danışa bilirik.


1. Xarici görünüş haqda yalanlar


İnsanlar virtual aləmdə özünə sevgili axtaranda boylarını həyatda olduğundan daha uzun göstərməyə çalışırlar. Çox adam real boyundan 5 sm artıq olduğunu deyir. Bu, xüsusilə kişilərdə çox yayılan tendensiyadır. Qadınlar isə çəkiləri və bədən quruluşları ilə bağlı yalanlar deməyə meyllidirlər. Araşdırmalar göstərir ki, boyu uzun adamların özünə sevgili tapmaq şansı çox olur.


2. Maddi vəziyyət haqqında yalanlar


İnsanlar virtual aləmdə olduqlarından 20 faiz daha kasıbdır. İnsanlar gəlirləri mövzusunda tez-tez yalan deyirlər. Real həyatdakı qazanclarını şişirdilər. Bu, virtual aləmdə sevgili axtaran kişilərin arasında daha çox yayılıb. Araşdırmalara görə, daha çox gəliri olan kişilərin sevgi həyatları daha rəngli olur.


3. Fotolar haqqında yalanlar


Bəzən xarici görünüşündən əmin olmayan xanımlar öz fotolarını müxtəlif bəhanələr gətirərək gizlədirlər. Kişilər isə bəzən gənc yaşda çəkdirdikləri fotolardan istifadə edirlər.


4. Xarakterlə bağlı yalanlar


Virtual aləm insanın gerçək xarakterini üzə çıxarmır. Bəzən insanlar bundan istifadə edib real xarakterlərini gizlədirlər. Məsələn, qadınlar, adətən, kişilərin qısqanc olmasını istəmir. Buna görə də kişilər qısqanc, əsəbi olmadıqlarını, qadınların hər işinə qarışmadıqlarını deyirlər.

ƏN SON XƏBƏRLƏR

HAMISI
Sevdiyim Yazılı Şəkillər 2019 (85)
18:00
0

Sevdiyim Yazılı Şəkillər 2019 (85)

Qusma - hansı xəstəliklərin xəbərçisidir? - Qarşısını nələr alır...
17:00
58

Qusma - hansı xəstəliklərin xəbərçisidir? - Qarşısını nələr alır...

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
128

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

İki Kappuçino Yazılı Şəkilləri 2019 (28)
15:00
219

İki Kappuçino Yazılı Şəkilləri 2019 (28)

Yaddaşı gücləndirən 6 qida
14:00
95

Yaddaşı gücləndirən 6 qida

Bürclərin Sevilməyən Özəllikləri - Fotolar
13:00
267

Bürclərin Sevilməyən Özəllikləri - Fotolar

Ağrıkəsicilər öldürə bilər? - ARAŞDIRMA
12:00
56

Ağrıkəsicilər öldürə bilər? - ARAŞDIRMA

Şuba Salatı Resepti
11:00
137

Şuba Salatı Resepti

Axtar Onu Yazılı Şəkilləri 2019 (5)
10:00
490

Axtar Onu Yazılı Şəkilləri 2019 (5)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ