Qadınlar kişilərdən bunları gözləyir

01 Aralık 2017
1 345
0
Qadınlar kişilərdən bunları gözləyir
Bəzən insanlar hər hansı bir mövzuda fikirlərini səmimi etiraf edə bilmir. "Hə" və ya "yox" deyərkən əslində tam olaraq əksini nəzərdə tuturlar. Bu vəziyyət xüsusən də xanımlara şamil olunur. Qadınların istəkləri bitib tükənmək bilmir. Sizə qarışıq görünsə də, əslində xanımlar çox şey istəmirlər, sadəcə onlar deyən olsun, vəssalam.

Feat.Az
bəylərə xanımları daha yaxşı başa düşməyin asan yollarını təqdim edir:

Gözlənilməz təkliflər

Təbii ki, bu, hər gün mümkün deyil. Amma xanımlar sizdən diqqət gözləyir. Siz onu hər ay müxtəlif xarici ölkələrə səyahətə apara bilməsəz də, həftədə bir dəfə romantik axşam yeməyinə dəvət edə bilərsiz. Bu xanımları çox xoşbəxt edir. Növbəti addımın nə olduğunu bilməsəz də, siz artıq yanınızdakı xanımı həyəcanlandırmağa müvəffəq oldunuz.

Təkid edin

Əgər bir qadın sizə “yox” deyirsə, bu əslində “yox” demək deyil. O dəqiqə əl çəkməyin, bir az təkid edin, incə davranın və sualınıza səmimi içdən cavab alın. Bundan fəqli olaraq, bir xanımın "hə" deməsində isə heç bir qeyri-adilik yoxdur.

Özgüvən

Hər bir qadın yanında ona güvənən, inanan kişi istəyir. Xüsusilə də özünə inamın azaldığı bir zamanda yanındakı kişinin ona özgüvənini qaytarması qadın üçün inanılmaz bir hissdir. Bunu sadəcə dildə yox, əməldə, ona həqiqətən dəstək olaraq edin.

Hədiyyələr

Əgər qadınların sadəcə zinət əşyaları sevdiyini düşünürsünüzsə, tamamilə yanılırsınız. Onları bahalı hədiyyələrlə deyil, ürəyinizdən gələn xoş sözlərlə də xoşbəxt edə bilərsiz. Bundan başqa, sevdiyi şirniyyatlar, şokaladlar və bir dəstə qızılgül heç də pis olmaz.

Yumor hissi

Alimlər gülməyin ən təbii afrodizyak olduğunu deyir. Qadınları güldürmək üçün xoş zarafatlar etməyə çalışın. Təbii ki, həddinizi aşmadan.

Qayğı

Çox da bezdirmədən, gecə-gündüz yüz dəfə zəng etmədən də qayğıkeş, diqqətcil ola bilərsiz. Günün sonunda səmimi şəkildə soruşacağınız “günün necə keçdi?” sualı işinizə yarayacaq.

Pozitivlik

Duyğusal olaraq zəif və kövrək olan xanımlar üçün motivasiya önəmlidir. Sadəcə gülümsəyin və onu hər şeyin yoluna düşəcəyinə inandırın.

Dürüstlük

Qadınlar bu məsələdə çox həssasdırlar. Çalışın onlara qarşı dürüst olun. Harasa getmək istəmədiyiniz zamanlarda "axşam futbol var" demək yerinə səmimi şəkildə getmək istəmədiyinizi demək kifayətdir. Hər zaman sözün düzünü danışın.

Hörmət

Əgər hələ də qadınları kişilərdən daha gücsüz hesab edirsinizsə, demək, qadınlar haqqında heç bir şey bilmirsiniz. Ona layiq olduğu dəyəri verin və bunu etməkdən çəkinməyin. Münasibətdə xoşbəxtliyin açarı iki tərəfin də bir-birinə hörmətidir.
publika.az

ƏN SON XƏBƏRLƏR

HAMISI
Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (32)
21:00
694

Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (32)

19.10.2019 Gündəlik Bürclər (19 Oktyabr 2019 Günlük Bürclər)
20:00
1 485

19.10.2019 Gündəlik Bürclər (19 Oktyabr 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (294)
19:00
725

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (294)

Axtar Onu Yazılı Şəkilləri 2019 (4)
18:00
789

Axtar Onu Yazılı Şəkilləri 2019 (4)

Bədənimizin ƏN ÇOX EHTİYAC DUYDUĞU 3 vitamin
17:00
169

Bədənimizin ƏN ÇOX EHTİYAC DUYDUĞU 3 vitamin

İki Kappuçino Yazılı Şəkilləri 2019 (27)
15:00
626

İki Kappuçino Yazılı Şəkilləri 2019 (27)

Beyinə bənzəyən tərəvəzin İNANILMAZ FAYDALARI
14:00
146

Beyinə bənzəyən tərəvəzin İNANILMAZ FAYDALARI

Bürclər Haqqında Maraqlı Məlumatlar (610) - Fotolar
13:00
436

Bürclər Haqqında Maraqlı Məlumatlar (610) - Fotolar

Uşağın başı nə zaman böyük və ya balaca sayılır?
12:00
171

Uşağın başı nə zaman böyük və ya balaca sayılır?

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ