Sevginizin ömrünü müəyyən edən Test

01 Eylül 2021
4 888
0
Sevginizin ömrünü müəyyən edən Test
Həyat yoldaşınız, ya da sevgilinizlə probleminiz var? Münasibətlərin xoşbəxt və problemsiz davam etməsi, əslində, çox da çətin deyil. Mürəkkəb və həssas xarakterə malik olan qadın və kişi münasibətlərini səbr sayəsində qaydasına sala bilərlər.

Mütəxəssislər xoşbəxt və uzun müddətli münasibətlərin insanların həyat keyfiyyətinə, hətta sağlamlığına təsir etdiyini bildirir.

Hazırda ailələr və sevgililər arasında yaranan problemlər "xroniki” hal alıb. Demək olar ki, hər kəs sevgilisi və həyat yoldaşı ilə aralarındakı münasibəti qorumağın yollarını axtarır. İnsanlar jurnallardan, yaxud kitablardan ailə həyatının təməlini möhkəmləndirən məqalələr və yazılar oxuyurlar. Əslində iki insan arasında münasibətin möhkəm və sağlam olması onların özündən asılıdır və çox sadədir.

Bədbəxtlik hissi, narahatlıq, münaqişələr, qarşıdurma və problemlər münasibətlərin və ya evliliyin nə qədər "xəstələndiyinə və ya zədələndiyinə" dəlalət edir. Münasibətdəki "mən" və "sən" ailə həyatını zəhərləyən ən mühüm amildir. Halbuki sağlam "sən, mən = biz" i yaratmaq xoşbəxt əlaqənin əsas qızıl qaydasıdır.

Bu suallara verdiyiniz cavabdan münasibətinizin hansı səviyyədə olmasını öyrənə bilərsiniz.

1. Hər mövzudakı duyğu və düşüncələrinizi onunla rahatlıqla bölüşə bilirsinizmi?

2. Ev işləri və vəzifələrininizin aranızda ədalətli bölgüsü varmı?

3. İkiniz birlikdə əylənə bilirsinizmi? Buna hər ikiniz də həvəslisinizmi? Birlikdə keçirdiyiniz vaxtdan zövq ala bilirsinizmi?

4. Cinsi həyatınız sizi qane edirmi?

5. Fərdi maraqlarınız və xobbiniz varmı? Bunlara kifayət qədər vaxt ayırırsınızmı?

6. Sevdiyiniz insanla müstəqil ictimai həyatınız varmı?

7. Bir problemlə qarşılaşdıqda, ortaq bir çıxış yolu tapa bilirsinizmi?

8. Sevgilinizlə qısa və ya uzunmüddətli hədəfləriniz varmı?

9. Sevgiliniz uzaqda olanda onun üçün darıxırsınız? Özünüzü yanında daha yaxşı hiss edirsiniz?

10. Bir-birinizə ilk tanışlığınızdakı kimi hörmət edirsinimiz?

Əgər bu sualların hamısına müsbət cavab vermisinizsə, sizi təbrik edə bilərik. Çünki sizin münasibətiniz təsəvvür edə bilmədiyiniz qədər güclüdür. Siz ayrılmaz və xoşbəxt cütlüksünüz.

Suallara "Yox" cavabını vermisinizsə, münasibətləriniz o qədər də ürəkaçan deyil. Sizin sevginiz ciddi "zədə" aldığından ömrünə çox az qalıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.