Sevgiliniz sizə xəyanət edir? - İPUCLARI

29 Nisan 2022
2 486
0
Sevgiliniz sizə xəyanət edir? - İPUCLARI
Sevgilinizin davranışları son vaxtlar sizi şübhələndirir? Feat.Az sevgilinizin xəyanətini anlamaq üçün ipuclarını təqdim edir. Əgər belə davranırsa, diqqətli olun!

Sevgiliniz günahkarlıq hissini basdırmaq üçün sizin istəklərinizə həmişəkindən daha həssas yanaşır, sizə tez-tez hədiyyə alır.

Gündəlik həyatında vərdişlərini dəyişdirir, ya da yeni hobbilər mənimsəyir.

Yaşadığı qarışıq hisslərdən dolayı adi səbəblərdən mübahisələr çıxarır.

Ona daha şəfqətli yanaşmanız üçün sizin yanınızda daha depressiv davranır.

Sizinlə fərqli bəhanələrlə daha az danışmağa və daha az vaxt keçirməyə çalışır.

Yuxusunda tez-tez kabus görür. Bəzən isə gecələr heç yata bilmir.

Musiqi, film sahələrində zövqü dəyişir.

Özünü birdən-birə çox bəyənməyə başlayır. Vaxtını güzgü qarşısında keçirir.

Sizi, ya da münasibətinizi başqaları ilə müqayisə edə bilər.

Heç bir tənqidə səbrlə yanaşmaz. Özünü müdafiə edər.

Evə gec gəlməyə başlayır. Evdəki məsuliyyətlərini unudur, ya da əvvəl evdə diqqət etdiyi məsələləri önəmsəməz.

Necə göründüyünüzlə çox az maraqlanar.

“Səni sevirəm” deməz.

Sizin ona hazırladığınız sürprizlərə qarşı əvvəlki kimi həyəcanlı yanaşmaz.

Özünü başqaları ilə müqayisə etməsi sizə olan marağını itirməsindən irəli gəlir.

Telefonunda zəng və mesaj qutusunu həmişə boş saxlayar.

Birdən-birə dostları ilə daha çox vaxt keçirməyə başlayar.

Saçınızı sığallamaq kimi şəfqətli hərəkətlər etməz.

Münasibətinizin gələcəyi haqqında heç nə danışmaz.

Birdən-birə kitab oxumağa, musiqi dinləməyə marağı artar.

Yataq otağında da aranızda məsafələr qoymaq üçün bəhanələr uydurar.

Zarafatları sizi güldürmək yerinə qəlbinizi qırar, əvvəlki xoş rəftarı qalmaz.

Öz şəxsi sərbəstliyini qorumaq üçün sizdən uzaqlaşar.

Yuxusunda başqa adlar sayıqlayar.

Yaxın ətrafınızdakı insanlar artıq sizin münasibətinizdə nələrinsə dəyişdiyinin fərqinə varıb.

Onunla bağlı soruşduğunuz suallara səbrli davrana bilmir.

Səhər oyandığında kiminlə birgə olduğunu dəqiqləşdirmək üçün ətrafına yaxşı baxar.

Evdəykən qapıları bağlı saxlamağı xoşlayar. Xüsusən kompüterlə işləyərkən narahat edilmək istəməz.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.