Geyimlərinizi çıxarmağa tələsməyin – Sağlam seksin sirri

23 Ekim 2021
5 367
0
Geyimlərinizi çıxarmağa tələsməyin – Sağlam seksin sirri
"Sağlam cinsi həyat" cütlüklərin nizamlı, uyğunlaşma şəraitində və xoşbəxt cinsi həyat yaşamaları deməkdir. Mükəmməlliyi təsvir edən bu standartı qoruyub-saxlamaq çətin ola bilər, lakin ən azından ona yaxınlaşmaq mümkündür. Bunun üçün isə yerinə yetirilməsi asan olan bəzi sadə şərtlər var. Feat.Az "Sağlam cinsi həyat" üçün bunları məsləhət görür.

1. Gigiyena şərtdir

"Sağlam" sözündən istifadə edilməsi təsadüfi deyil. Seks əsnasında cütlüklər bir-birinin bədənindən yayılan bütün qoxuları duyurlar. Xoş qoxular cinsi arzunu artırır, pis qoxular bu arzunu öldürür. Ağız qoxusunu bir stəkan limonlu su içmək kimi sadə üsulla qarşısını ala bilərsiniz. Duş qəbul etməyə vaxtınız yoxsa qol altı və qasıq bölgələrinizi yaş dəsmalla silə bilərsiniz.

2. "Xeyr!" deməzdən əvvəl düşünün

Əlbəttə ki, istəmədiyiniz heç nəyi etmək məcburiyyətində deyilsiniz. Amma "Xeyr!" deməyinizin səbəbini də düşünün. Əgər seksi istəməmək səbəblərinizi aradan qaldırmasanız və ya aradan qaldıra bilmədiyiniz səbəblərlə barışsanız, sevişməyiniz nadir hallara təsadüf edər. Bu da sizi bir-birinizdən uzaqlaşdırar. Daimi olaraq sevişsəniz aranızdakı yaxınlıq da qorxusuz olar.

3. Nə istədiyinizi söyləyin, nə istədiyini soruşun

Əlbəttə ki, "İnsanlar danışa-danışa" sözünün bir mənası var. Ən çox nələri etməyi xoşladığını soruşun. Xoşu gələn, lakin etmədikləriniz barədə də maraqlanın. Soruşmağı gözləmədən siz də nələri sevdiyinizi və nələri etməsini gözlədiyinizi deyin. Əks halda əslində xoşunuza gəlməyən bir vəziyyəti sevirmiş kimi görünərək, qarşıdakı illərinizi sevişmədən xərcləyərsiniz.

4. Bir az yavaşlayın

Çox sürətli yaşayırıq, hər an bir nəyəsə, harasa çatmağa çalışırıq. İkinizin üçün xüsusi dəqiqələri tələsmədən keçirin. Geyimlərinizi çıxarmağa tələsməyin. Qarşılıqlı olaraq əllərinizlə bədənlərinizi kəşf edin, geyimlərinizi yavaş-yavaş çıxarın. Heç yerə tələsmirsiniz, bunu unutmayın.

5. Yeniliklərə açıq olun

Sekslə məşğul olmaq bir az öpüşmək, sonra isə cinsiyyət üzvlərini görüşdürmək deyil. Danışın, söhbət edin. Lakin özünüzü zövq alırmışsınız kimi göstərməyin. Arada bir ər-arvad rolundan çıxın. Fantaziyalarınızı utanmadan bir-birinizə izah və tətbiq edin. Hər zaman birinizin deyil, ikinizin də fantaziyalarını yerinə yetirir.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.