Kişilər belə qadınları cazibədar hesab edir: nazik dodaqlar, iri gözlər...

Kişilər belə qadınları cazibədar hesab edir: nazik dodaqlar, iri gözlər...
Cazibədar olmağın qaydaları dəyişir. Elm adamları tərəfindən aparılan son araşdırmalar kişilərin gözəllik duyumunun dəyişdiyinin bir işarəsidir. İdeal qadın tipi sərhədlərini genişləndirib bu normalara uyğunlaşmağa hazırlaşır. Feat.Az kişilərə görə “yeni cazibədar qadın” tipi barədə məlumat verir.



Gülümsəmə



”Bir qadının ən cazibədar tərəfi gülümsəməsidir” tezisi araşdırmalarda təsdiqini tapıb. Kişilər gülərüzlü, nəşəli qadınları çox cazibədar hesab edirlər. Əlbəttə, sadəcə gülümsəmə deyil, dişlər də çox əhəmiyyətlidir. Ağappaq, parlaq dişlər də cazibədarlığı artırır.



Üz simmetriyası



Kişilərə görə, qadınlardakı ən cazibədar ünsürlərdən biri üz simmetriyasıdır. Əlbəttə, kimsə sizdən 100 faiz simmetrik bir üz gözləmir. Nə qədər az assimmetriya bir o qədər çox cəlbedicilik deməkdir.



Dodaqlar



Cazibədar qadın fiquru cızılacaqsa, ilk olaraq dolğun dodaqlardan başlayır. Aparılan anketlər isə bu durumun tam tərsini söyləyir. Kişilərə görə, cazibədar qadınların öpülə bilən dodaqları olmalıdır. Bu isə böyük və dolğun dodaqları deyil, nazik və orta qalınlıqda olan dodaqları simvollaşdırır.



Gözlər


Aşiq olduğunuz şəxsə baxdığınız anda gözləriniz böyüyür. Bu durum kişilərə çox cazibədar gəldiyinə görə onlar üçün böyük gözlərə sahib qadınlar daha cazibədardır.



Qaşlar



Kişilər üçün cazibədar qadın tipi düzgün qaşlara sahib olmalıdır. Qaşlar duyğuları ortaya çıxardığı üçün düzgün qaşlara sahib olmaq olduqca maraq çəkici bir ünsür olaraq görülür.



Duruş forması




Dik dur, gülümsə! Kişilər üçün qadın cazibədarlığının ən qısa tanıtımı budur. Duruşunuz insanlara sizin haqqınızda ən dəqiq məlumatı verən ünsürdür. Dik duruş özgüvəni və cazibədarlığı təcəssüm etdirir.



Rəng seçimi



Sadəcə geydikləriniz deyil, seçdiyiniz rənglər də cazibədarlığı göstərən bir vasitədir. Kişilər üçün paltar kodları olduqca bəsitdir:

Qırmızı: Tutqu və eşq

Qara: Özgüvən və zəka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.