Yarınızı tapdığınıza əmin olmanın bəzi işarələri

30 Ekim 2021
3 019
0
Yarınızı tapdığınıza əmin olmanın bəzi işarələri
İnsanların təxminən 30 faizi bir-birini sevmədən ailə qururlar. Lakin çox vaxt həmin ailələr sevgi üzərində qurulmuş ailələrdən daha uzun ömürlü olur. Bəs, yanındakı insanın həqiqətən sənin yarın olub-olmadığını necə bilmək olar?

Feat.Az
xarici KİV-ə istinadən bunun bir neçə yolunu təqdim edir:

1. Onun yanında görünüşündən asılı olmayaraq sərbəst ola bilirsən - səni makiyajlı, makiyajsız, uzanmış, xəstələnmiş və digər vəziyyətdə görəndə yanında tam rahat ola biləcəyin şəxs sənin yarındır demək.

2. Xəbərin sevincli və ya kədərli olmağından asılı olmayaraq, ilk onunla paylaşmaq istədiyin şəxs sənin canından bir parçadır.

3. Səhvlərinizi üzünüzə deyən şəxslə bir ömür xoşbəxt ola bilərsiniz - həyat yoldaşınız sizi sevir, sizi yaxşı tanıyır və güvənirsə, lazım gəldikdə səhvlərinizi də deyir, siz isə bunu normal qəbul edib, düzəltməyə çalışırsınız.

4. Əgər o sizin yarınızdırsa, ona sirrinizi arxayın deyə bilirsiniz. Nə vaxtsa, sizi satmayacağına tam əmin ola bilirsiniz.

5. Kədərinizi başqalarına bildirməyə bilərsiniz, amma ondan gizlədə bilmirsiniz. Hətta adi mesajda da bir işarə ilə ona özünü necə hiss etdirdiyinizi bildirə bilirsiniz.

6. Öz hissinizi ona bildirməklə yanaşı, onu da hiss edə bilirsiniz. Kefinin yerində olmadığını gizlətsə belə, hər şeyi anlayırsınız və onu həmin an güldürməyə çalışırsınız.
axsam.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.