Evlilik ildönümünüzdə nələr edə bilərsiniz? » Feat.Az Sekiller, Xeberler, Yazili

Evlilik ildönümünüzdə nələr edə bilərsiniz?

06 oktyabr 2018
268
0
Evlilik ildönümünüzdə nələr edə bilərsiniz?
Evlilik həyatımızdakı ən unudulmaz anlardan biridir və bunu uzun illər davam etdirə bilmək üçün cavan və ya yaşlı hər bir cütlük kiçik jestlər edərək sevgilərini təzələməlidirlər. Evlilik ildönümü də belə jestlərin edilə biləcəyi xüsusi məqamlardandır.

Xoşbəxt bir evliliyiniz vardırsa, bu xüsusi gündə nələr edilə bilər deyə düşünməyə başlamısınız deməkdir. Əgər evlilik ildönümünüzdə nələr etməyə dair nəsə öyrənmək və ya bildiklərinizi bir az da təkmilləşdirmək istəyirsinizsə, bu yazını diqqətlə oxuyun.



Məktub yazın

Həyat yoldaşınıza romantik, sevgi dolu bir məktub yazmaq aradan uzun illər keçməsinə baxmayaraq onun da çox xoşuna gələcəkdir. Yazdığınız məktubda birgə keçirdiyiniz vaxtların sizin üçün nə qədər dəyərli olduğundan və bunu daha uzun müddət davam elətdirmək istədiyinizdən bəhs edə bilərsiniz.



Məktub yaza bilmirsinizsə video çəkin

Hamının yazmaq bacarığı olmadığını və hərənin fərqli sahələrdə bacarıqlı olduğunu bilirik. Buna görə də əgər məktub yazmaq fikri xoşunuza gəlmədisə, həyat yoldaşınıza olan hisslərinizi və düşüncələrinizi səsinizi yazmaqla və ya bir video çəkməklə çatdıra bilərsiniz.



Onun xoşuna gələcək hədiyyələr alın

Hədiyyələr maddi dəyəri nəzərə alınmadan hər kəsi xoşbəxt edəcək şeylərdən biridir. Evlilik ildönümünüzdə həyat yoldaşınıza hədiyyə alarkən bu, mütləq geyim və ya ehtiyacı olan şeylər olmalı deyil. Bu zaman daha çox onun xoşuna gələn şeylərə, hobbilərinə dair hədiyyələr almaqla onun düşüncələrinə nə qədər dəyər verdiyinizi göstərə bilərsiniz.



Hansısa restoranda gözəl və romantik bir yemək yeyin

Aldığınız hədiyyəni harada verə bilərəm deyə düşünürsünüzsə, gözəl bir məkan və romantik bir mühit hədiyyənizi vermək üçün ideal ola bilər. Əgər harasa getmək istəmirsinizsə, evinizi bəzəyərək də romantik bir mühit hazırlaya bilərsiniz.



Gözəl bir film və ya gözəl bir musiqi albomu

Əgər bu xüsusi günü evdə keçirməyi planlaşdırırsınızsa, bu zaman birlikdə necə maraqlı və gözəl gün keçirə biləcəyinizi düşünməlisiniz. Bu zaman ya hər ikinizin də xoşladığı bir musiqi albomunu dinləmək, ya da gözəl və romantik bir filmə baxmaqla gününüzü maraqlı və əyləncəli şəkildə keçirə bilərsiniz.
Şərh Yaz