Qadınlar, diqqət: kişilərin yalanlarını belə ifşa edin!

Qadınlar, diqqət: kişilərin yalanlarını belə ifşa edin!
Sevdiyiniz insanın yalan dediyini öyrənmək istəyirsinizsə, bu yazıya diqqət edin. Kişilərin yalanlarının üstünü açmaqda sizə kömək edəcəyik.

1. Telefonda kişi adıyla qeyd edilən qız nömrələri

Kişilər artıq yuxudan oyanıb. Xəyanətlərini gizlətməyin asan yolunu tapıblar. Əvvəl sevgililərinin nömrəsini telefona qeyd etməyib, cibində kağızda yazılı saxlayan kişilər artıq sevgililərinin nömrələrini telefonlarında kişi adıyla saxlayırlar.

2. Sevgili üçün ikinci telefon

İndi kişilər yalanlarının aşkara çıxmaması üçün sevgililərinə görə ikinci telefon alıb istədikləri qədər danışırlar. İkinci telefonu varsa, onun yalanını aşkara çıxarmaq asan olar.

3. Tez-tez üzr istəyirsə

Sizə adi xoş sözü belə çox görən kişi süd tökmüş pişik kimi yanınızdan əl çəkmirsə, bilin ki, bu işin içində iş var. Vəziyyətdən xəbəriniz olmasın deyə, günün biri əlində çiçəklərlə gəlsə, sizi şam yeməyinə aparsa, burda nəsə var, bilin.

4. Tez-tez hədiyyə alırsa

Əvvəl sizi heç düşünməyən kişi birdən-birə sizi hədiyyə yağışına tutsa, diqqət edin. Günahkarlıq hissi kişiləri belə şeylər etməyə vadar edər. Əlbəttə bunu edən hər kişi aldadır demək istəmirik, ancaq bəzi hallarda belədir. Yəni siz ehtiyatınızı alın.

5. Yeni texnologiyalar yalanlara xidmət edir

Sizə başqa ölkəyə getdiyini, telefonunu itirdiyini deyə bilər. O dəqiqə ətrafdan eşidilən gurultu, insanların səsinə aldanmayın, çünki müasir texnologiyalar hər şeyin səsini çıxarda bilər.

6. Anamgilə getmişdim, yatıb qalmışam

Oğlunun yalanlarının oyuncağına çevrilən analardan hər xəbəri almaq üçün analarıyla dostluq edin.

7. Telefonumun enerjisi bitmişdi

Kişilər hələ də bu yalanın arxasında sığınmağa çalışır.

8. Məni başa düşmürsən

Kişilər səhv edərkən zeytun yağı kimi üstə çıxmağı sevirlər. Onları bir az sıxışdırdıqda "səninlə danışmaq olmur" deyib, özlərinə haqq qazandırmağa çalışırlar. Əgər sevdiyinizdən şübhələnir, bu cür hərəkətlərini görürsünüzsə, niyə təkid edirsiz? Boş verin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.