Bir-birinizə vaxt ayıra bilirsinizmi?

06 may 2019
595
0
Bir-birinizə vaxt ayıra bilirsinizmi?
İş həyatı, gərginliklər, yorğunluqlar... İşləyən ailələrin ən böyük problemlərindən biri də bir-birilərinə kifayət qədər vaxt ayıra bilməmələridir. Xüsusilə də, əgər uşaqlar varsa, "ata-ana" rolu istər-istəməz "həyat yoldaşı" rolundan ön plana keçir. Beləliklə, tərəflər arasında ünsiyyət demək olar ki, itir. Təəssüf ki, təsvir etdiyimiz bu tablo həyatda tez-tez baş verir. Bu cür həyat tərzi təbii olaraq tərəflər arasında soyuqluğa səbəb olur. Vaxt keçdikcə ailədə ciddi problemlər meydana gəlir. Halbuki, insan həyatda bütün rollarında səmimi olmalıdır. Üstəlik, bir fərd kimi roldan-rola keçməyi də bacarmalıdır. Yəni, iş yoldaşlarının yanında iş yoldaşı, uşaqlarının yanında ata və ya ana, həyat yoldaşının yanında həyat yoldaşı... Əgər bu keçiddə hər hansı bir problem varsa, bu, əvvəlcə fərdin özünə, sonra isə qarşı tərəfə mənfi təsir göstərir. Buna görə də, əgər ailənizdə ünsiyyəti bərpa etmək istəyirsinizsə, "Vaxtım yoxdur" bəhanəsinin arxasında gizlənməyin və bunu var gücünüzlə istəməyə çalışın. Digər tərəfdən, bəziləri üçün ailə həyat tərzi yox, vərdiş olsa da, siz bu "qayda"nı birdəfəlik unudun. Əgər bu vəziyyətə düşmək istəmirsinizsə, hər gün evli olduğunuzu xatırlayın və ən əsası ailə həyatının müsbət cəhətlərini yada salın.

Feat.Az gencaile.az-a istinadən bildirir ki, bir şeyi də unutmayın ki, ailədə ünsiyyət üçün heç də uzun vaxta ehtiyac yoxdur. Bəzən mətbəxdə birlikdə yemək hazırlamaq və ya birlikdə kitab oxumaq da kifayətdir. Həmçinin, gün ərzində həyat yodaşınıza təkcə "Nə lazımdır?" sualı üçün yox, sırf onun üçün zəng edin. Hətta çox məşğul olsanız belə, arabir birlikdə gəzməyə çıxmağı unutmayın. Bu, yarım saatlıq bir gəzinti və ya bir axşam yeməyi də ola bilär. Bir-birinizin əlamətdar günlərini xatırlamaq üçün də işin az və ya çox olmasının bir fərqi yoxdur. Ona görə də, bu məsələdə bacardığınız qədər öz həssaslığınızı qoruyun. Digər tərəfdən, nə qədər yorğun olsanız belə, axşamlar bir yerdə söhbət etməyi unutmayın. Hətta, bu söhbət çox qısa olsa belə, hər axşam bir-birinizlə söhbət edin. Bir də unutmayın ki, həyat yoldaşınızla ünsiyyətiniz nə qədər möhkəm olsa, bu sizin ailə səadətinizə də müsbət təsir göstərər.
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Kitabdan Söz Yazılı Şəkilləri 2019 (53)
21:00
667

Kitabdan Söz Yazılı Şəkilləri 2019 (53)

17.07.2019 Gündəlik Bürclər (17 İyul 2019 Günlük Bürclər)
20:00
1 672

17.07.2019 Gündəlik Bürclər (17 İyul 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (206)
19:00
659

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (206)

Dərd Dənizim Yazılı Şəkilləri 2019 (15)
18:00
535

Dərd Dənizim Yazılı Şəkilləri 2019 (15)

Yeniyetməlik dövründə sağlam cinsəllik yaşanmaz
17:00
278

Yeniyetməlik dövründə sağlam cinsəllik yaşanmaz

Frida Kahlo Yazılı Şəkilləri 2019 (7)
15:00
460

Frida Kahlo Yazılı Şəkilləri 2019 (7)

Mədəni necə təmizləmək lazımdır?
14:00
159

Mədəni necə təmizləmək lazımdır?

Bürclər Haqqında Maraqlı Məlumatlar (560) - Fotolar
13:00
518

Bürclər Haqqında Maraqlı Məlumatlar (560) - Fotolar

Səhər-səhər çay içənlər DİQQƏT!
12:00
195

Səhər-səhər çay içənlər DİQQƏT!

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 532 İRƏLİ