Seks həyatınızı məhv edən 4 ərzaq

09 Ekim 2019
720
0
Seks həyatınızı məhv edən 4 ərzaq
Balanslaşdırılmış formada qidalanmaq seks həyatının vacib aspektlərindən biridir.

Feat.Az
bildirir ki, bu barədə məşhur dietoloq Liza Devis özünün "Təmiz yemək, çirkli seks" kitabında yazıb. Müəllif sekslə dieta arasında əlaqəyə dair araşdırma aparıb.

Beləliklə, sizin seks həyatınızı nə məhv edə bilər? Dietoloq 4 ərzağın adını çəkir və bunlardan istifadə etməyin çox da arzu edilən olmadığını bildirir.

Çaxır

Məlum olur ki, bu populyar içki göründüyü kimi zərərsiz deyilmiş. Devisin sözlərinə görə, bu alkoqol qadınlarda quruluğa səbəb olur ki, bu da cinsi əlaqə üçün böyük narahatlıq deməkdir. Bundan əlavə, çaxır kişilərdə testosteron hormonunu aşağı salır, bu isə ehtiraslanmağa mənfi göstərir.

Makaron yeməkləri

Ağ un orqanizmdə şəkəri və insulini qaldırır. Eyni zamanda yumurtalıqda kistaların inkişafına səbəb ola bilər. Bununla birlikdə hormonal balansı pozur. Bundan əlavə, karbohidratlardan çox istifadə etmək diabet və piylənməyə gətirir ki, bu da öz növbəsində, cinsi funksiyaya mənfi təsir göstərir.

"Fast food"


Dietoloq bu barədə ciddi çağırış edir. O deyir ki, bu qidalarda xeyli trans yağı (təbii olmayan yağlar) var ki, bu da arteriyanın tıxanmasına gətirib çıxarır. Həkim bu məsələlərə xüsusi diqqət yetirməyi tələb edir. "Fast food"lar qanda xolesterini yüksəldir ki, bu da ürək-damar xəstəliklərinə gətirib çıxarır. Nəticə isə heç ürəkaçan olmur.

Şokoladlı tort


Şokolad qanda afrodizyak (cinsi istək oyandıran maddə) yaradır. Lakin Devis deyir ki, bu şokoladı şirniyyatların üzərində, tortda yedikdə piylənməyə səbəb olur ki, bu da qan dövranına pis təsir edir. Ən yaxşısı tərkibində 70% kakao olan şokoladlara üstünlük verməkdir. Yox, əgər siz şokoladlı tortdan heç cür vaz keçə bilmirsinizsə, Devis bunu ciddi problem hesab etmir. Yəni bir pors desertdən orqanizmə heç bir zərər olmayacaq, sadəcə, hər şeyi ölçüsündə etmək lazımdır.
Mənbə:e-tibb.az

ƏN SON XƏBƏRLƏR

HAMISI
Kitabdan Söz Yazılı Şəkilləri 2019 (64)
21:00
574

Kitabdan Söz Yazılı Şəkilləri 2019 (64)

24.10.2019 Gündəlik Bürclər (24 Oktyabr 2019 Günlük Bürclər)
20:00
1 975

24.10.2019 Gündəlik Bürclər (24 Oktyabr 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (299)
19:00
538

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (299)

Sevdiyim Yazılı Şəkillər 2019 (86)
18:00
653

Sevdiyim Yazılı Şəkillər 2019 (86)

Kivi pəhrizi ilə 2 həftədə 6 kq arıqla...
17:00
70

Kivi pəhrizi ilə 2 həftədə 6 kq arıqla...

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
276

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (37)
15:00
601

Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (37)

Dadı acı olsa da...
14:00
114

Dadı acı olsa da...

Bürclərin Əsas Özəllikləri Nələrdir - Fotolar
13:00
360

Bürclərin Əsas Özəllikləri Nələrdir - Fotolar

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ