Yaxşı gəlin-qaynana münasibəti qurmanız üçün bir neçə ipucu!

03 Haziran 2022
1 103
0
Yaxşı gəlin-qaynana münasibəti qurmanız üçün bir neçə ipucu!
Əsrlərdən günümüzə, şərqdən qərbə bəyin ana və gəlin arasında paylaşılmaması, bir sözlə, məhşur qaynana-gəlin münasibətləri həmişə olub. Əslində, qaynananızla yaxşı münasibət qurmaq heç də çətin deyil. Yaxşı gəlin-qaynana münasibəti qurmanız üçün bir neçə ipucu!

Ondan daha dadlı yemək bişirməyə cəhd etməyin. Qoyun yoldaşınızın həyatında ən gözəl yemək bişirən qadın olaraq anası qalsın.

Bəzi alış-verişlərdə xüsusilə onunla getmək istədiyinizi bildirin, əsasən, mətbəxlə əlaqəli alış-verişlərə.

Oğlu ilə baş-başa vaxt keçirməyi özlədiyini düşünərək bəzən buna planlı və səmimi şərait yaradın.

Hər görüşdüyünüzdə bir tərif edin amma çox yox. Süni və qeyri-səmimi olmayın.

Getdiyiniz hər istirahətdən ona balaca da olsa bir hədiyyə alın.

Arada ona özəl yeməklər hazırlayın və evinizə dəvət edin.

Xoşbəxt bir evlilik necə qurulur mövzusunda onun təcrübələrindən yararlanın.

Özəl günlərini unutmayın, 8 Mart, ad günüləri və s.

Ana demək üçün nə tələsin nə də gecikin. Bunun üçün ən uyğun vaxtı gözləyin.

Fikirlərinə önəm verdiyinizi göstərin.

Ən önəmlisi oğlunu çox xoşbəxt edin!
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.