İntim həyatın insan həyatı üçün faydası varmı?

İntim həyatın insan həyatı üçün faydası varmı?
Siz heç nə vaxtsa düşünmüsünüzmü intim həyat insana nə üçün verilib? Onun insan orqanizmi üçün faydası varmı? Həqiqətənmi bu yaxınlıq nəsil artırma üçün yaranıb?

Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyinə görə "sağlamlıq heç də fiziki deffektərdən və xəstəliklərdən ibarət deyil, o həm də tam fiziki, ruhi və ictimai bir müvəffəqiyyətdir".

Ahəngdar və müntəzəm cinsi həyat - sağlamlığın fiziki eləcə də əqli kompleks göstəricisidir. Belə ki, seksual həyat "rabitə" rolunu daşıyaraq, münasibətlərin daha möhkəm qurularaq qorunmasına və yaxşılaşmasına səbəb olur. Digər tərəfdən də, sağlam intim həyat nəsil artımının göstəricisi kimi qiymətləndirilir.

İntim həyatın digər bir tərəfi də vardır ki, bu da zehni inkişafın güclənməsidir. Belə ki, cinsi əlaqə zamanı beyin oksigenlə dolur. Nəticədə boz hüceyrələr aktiv fəaliyyət göstərir, bu da öz növbəsində yaddaşı gücləndirərək öyrənmə qabiliyyətini artırır.

Dünya səhiyyə ekspertlərinin fikrincə seksual sağlamlıq - fiziki, psixoloji və sosial bir rifahdır. Bunun üçün seksual münasibətlərə pozitiv və hörmətlə yanaşmalı, həmçinin məcburiyyət, zorakılıqdan uzaq olaraq təhlükəsiz və xoş cinsi münasibətlərdən istifadə etmək lazımdır.

Əgər cinsi həyatla bağlı problemlər varsa bu orqanizmdə hər hansısa problem olmasından xəbər verir. Bunun üçün isə artıq tədbirlər görülməlidir.

İntim həyat xəstəliklər üçün profilaktikadır.

İntim həyat sağlamlığın qorunması üçün faydalıdır. Eləcə də, ən effektli və rahat yollarından biridir. Buna görə də, cinsi həyat - profilaktik və müalicəvi amildir. Cinsi həyat bəzi əzələ məşqləri üçün də müsbət təsir göstərir. Əlbəttə ki, çox şey fiziki forma və fantaziyadan asılıdır. Buna baxmayaraq qeyd etmək lazımdır ki, bu növ "məşqlər" yollardakı tıxaclarda saatlarla əsəb keçirərək gözləyib idman zallarına gedərək, orda bir çox ağır məşqlər etməkdən daha zövqlüdür.

Daimi cinsi həyat immun statusununda yaxşılaşmasına müsbət təsirini göstərirki, bu da öz növbəsində pis əhval-ruhiyyədən eləcə də, soyuqlama kimi xəstəliklərdən qorunmağa kömək edir. Yolunda gedən intim həyat qadınlar üçündə faydalıdır, belə ki, mioma və mastopatiya kimi xəstəliklərinin qarşısını almaqda faydası var.

Bilmək vacibdir! Cinsi həyata və onun faydalarına laqeyd yanaşmaq olmaz. Belə ki, o, səhər məşqinin 30 dəqiqəsini, 15 dəqiqə yaxşı bir qaçışı və yaxud 10 dəqiqəlik veloməşqi əvəz edir. Cinsi əlaqə zamanı karbohidrat mübadiləsi aktivləşir, qana isə steroid hormonları buraxılır hansıki bu da relyef əzələlərinin "qurulmasına" təsir edir. Həmçinin kalorilər parçalanır (yanır), əzələlər tonuslanır, onurğa sütunu möhkəmlənir. Beləliklə, idamn zalındakından daha artıq zövq alınır!

Daha çox cinsi həyat - daha çox xoşbəxtlik

Sadə bir formul. Müntəzəm cinsi həyat zamanı insanda bir çox hormonlar yaranır. İlk öncə bunlar endorfinlər, yəni xoşbəxtlik hormonlarıdır. Bunlardan başqa digər hormonlarda yaranır. Məsələn, serotin hormonu-istirahət və rahatlıq hissi verir. Bu hormon eləcə də, əhvalı yaxşılaşdırır, psixoloji və emosional stabilliyi yaradır. Bu da səs-küylü yerlərdə yaşayanların en çox ehtiyacı olan bir şeydir. Oksitosin ağrıkəsici keyfiyyətə malikdir. Ona görə də, cinsi əlaqə baş ağrılarına müsbət təsir edir.

Qadınlar üçün cinsi həyatın faydası

Estroqenlər qadını gözəlləşdirən hormonlardır. O, dərinin, saç və dırnaqların vəziyyətini yaxşılaşdırır. Bundan başqa qadın xarakteri onun şəxsi həyatında xoşbəxt olub-olmamasından asılıdır. Diqqətli insanlar bunu daha tez və cəld hiss edib görə bilər. Qıcıqlanma, gərginlik, aqressivlik, emosional qeyri-sabitlik cinsi həyatda problemlərin olması deməkdir. Əgər heç bir problem yoxdursa qadın şən, gülərüz, incə və mehribandır.

Kişilər üçün cinsi həyatın faydası

Testosteron hormonu kişiləri daha cəsur və özünəgüvənli hiss etdirir.Bu sadəcə yataqda qələbə qazandırmır, eləcə də, iş həyatında qələbələr qazandırır. İnamlı, xeyirxah baxışlı, yaxşı bir duruş tərzi, yaradıcı yanaşma bütün sahələrdə uğur gətirir. Kişilər üçün cinsi həyat son 20 ildə yayılaraq onların həyatını yarıda qoyan miokard infarktının qarşısını almaqda kömək edir.

Cinsi həyat ömrü uzadır

Ümumiyyətlə demək olar ki, müntəzəm cinsi yaxınlıq ömrü 5 il uzadaraq onu daha rəngarəng və parlaq edir.

Cinsi əlaqənin həyata müsbət təsirlərindən çox danışmaq olar. Lakin buna ehtiyac varmı? Çünki yuxarıda həyatın bu önəmli tərəfindən kifayət qədər qeyd olunub. Buna baxmayaraq hər hansısa bir çətinliklər varsa, o zaman tədbir görməyə başlayın. Əgər köməyə ehtiyacınız olduğunu hiss edirsinizsə, o zaman çəkinmədən həkim-sekspotoloqlara müraciət edin. Belə bir mütəxəssislər nəinki cinsi həyatı, eləcə də, ayrı-ayrılıqda və yaxud da cütlük halında psixoloji harmoniyanı tənzimləyəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.