Münasibətlərdə əks cinsdən soyumağa səbəb olan davranışlar – Tərk edilmək istəmirsinizsə...

12 Ocak 2022
580
0
Münasibətlərdə əks cinsdən soyumağa səbəb olan davranışlar – Tərk edilmək istəmirsinizsə...
Doğru insanı tapmaq bəzən düşündüyünüzdən də çətin ola bilər. Ətrafınızda bu qədər insan varkən, "doğru”nu tapmaq üçün müxtəlif mərhələlərdən keçmək gərəkir. Partnyorunuzun münasibət boyu davranışı çox önəmlidir. Belə ki, bəzi hərəkətlər sizi qarşı tərəfdən soyuda bilər.

Feat.az
bildirir ki, psixoloqlar sevgi münasibətindən soyumağa təhrik edən əsas davranışların aşağıdakılar olduğunu bildirirlər:

Cinsi yaxınlıq barədə danışıqlara erkən keçid – Münasibətin başında olmanıza rəğmən tez-tez cinsi münasibətlərdən söz açsanız, bu qarşı tərəfi yora bilər. Bu cür söhbətlərə girməmişdən əvvəl münasibətin bir qədər irəliləməsinə icazə vermək lazımdır. Beləliklə, qarşı tərəfin də arzularını öyrənməyə fürsət tapmış olarsınız.

Telefon – İki halda sizi münasibətdən soyuda bilər:

1. Partnyorunuzun davamlı olaraq telefona baxması
2. Partnyorunuzun sizin telefonunuzu kontrol etmək istəməsi

Hər iki vəziyyət münasibətdən soyumağa və güvənsizlik hissinin yaşanmasına səbəb olur.

Yalan danışmaq - Cütlüklərin bir-birlərinə yalan deməsi etibarlılığı zədələyir. Bir münasibətin ən önəmli nöqtəsi güvəndir. Güvən yoxdursa, münasibəti davam etdirməyin də mənası yoxdur. Partnyorunuzun yalan söyləməklə bağlı vərdişinin olmasını kəşf etməniz sizin münasibəti bitirmək üçün ilkin səbəbiniz ola bilər.

Ailə ilə tanışlığın olmaması - Partnyorunuz heç bir vəchlə sizi ailəsi ilə tanış etməyə cəhd etmirsə, demək ki, münasibətinizdə problem var. Sevdiyiniz şəxsin sizi ailə üzvləri ilə tanış etmək fikri yoxdursa, demək ki, sizinlə hər hansısa gələcək planlamır. Bu hal sizi münasibətdən soyuda bilər.

Dostlarla tanış etməmək - Sevgiliniz ailəsi ilə yanaşı, sizi dostları ilə də tanış etmirsə, münasibətinizin gələcəyi ilə bağlı problem var. Bu durum sizi münasibətdən soyuda bilər. Partnyorunuzun dost çevrəsini bilməyiniz, güvən hissinin formalaşması üçün önəmli kriteriyadır.

Gigiyenik qaydaları önəmsəməmək - Bir insanın şəxsi gigiyenasına fikir verməsi çox önəmli məsələdir. Dişlərini fırçalamayan, yaxud da gec-gec duş alan birini kim partnyor kimi istəyə bilər ki? Özünüz kimi eyni zamanda olduğunuz ortamın da təmiz olmasına çaba göstərməlisiniz. Nə də olsa, "aslan yatdığı yerdən bəlli olur”.

Simiclik - Simic olmaq münasibəti məhv edə bilər. Qənaətcil olmaq yaxşı xüsusiyyətdir, lakin içdiyiniz suyun qiymətinə belə fikir verən, yediklərinizi hesablayan, sizə aldığı hər şeyin hesabını üzünüzə vuran birini istəməzsiniz.

Tənbəllik - Sevgilinizlə gəzmək və əylənmək ən təbii haqqınızdır. Lakin partnyorunuzla heç bir halda gəzmək və hansısa məşğuliyyətə zaman xərcləmək istəmirsinizsə, münasibətinizi bir də gözdən keçirin. İstəksizlik münasibətdən soyuda bilər.

Naz etmək, küsəyən olmaq - Qədərini bildiyiniz halda naz etməyin, küsməyin elə də problemi yoxdur. Lakin hər məsələdə problem yaratmaq istədiyini həyata keçirmək üçün silahdır. Qısacası, çox naz aşiqi usandırar.

Davamlı olaraq ayrılıqdan söz açmaq - Ən kiçik mübahisədə "ayrılaq” demək münasibətin təməlinin sağlam olmadığını göstərən əlamətdir. İki şəxs bir-birini sevirsə, problemləri həll etmək istəyər, o dəqiqə ayrılmağı seçim olaraq görməz. Bu baxımdan davamlı olaraq ayrılıqdan söz açan partnyorunuz varsa, bu, münasibətinizin yaxşı irəliləmədiyi anlamına gəlir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.