Hamilə qalmaq üçün o gün sevişin! - MƏSLƏHƏT

Hamilə qalmaq üçün o gün sevişin! - MƏSLƏHƏT
Övlad arzusunda olan qadınları düşündürən ilk sual cinsi əlaqə ilə bağlıdır. Hamilə qalmaq üçün necə, nə qədər və nə zaman sekslə məşğul olmaq lazımdır?

Hamilə qalmaq üçün ovulyasiyadan əvvəlki 5 gün içərisində qorunmadan sekslə məşğul olsanız, hamilə qalma ehtimalınız çox yüksəkdir.
Menstrual dövrün birinci günü menstruasiyanın ilk günüdür. Bir çox qadın bir sonrakı tsiklə girmədən 14 gün əvvəl ovulyasiya yaşayır. Yəni menstrual dövrün 24-30 gün arasında davam etdiyini düşünsək, 10-16-cı günlər arasında ovulyasiya ola bilər.
Yumurta yumurtalıqlardan buraxıldığında spermatozoidlə birləşir və bu müddət 12-24 saat arasında dəyişir.
Spermaların günlərlə canlı qala bildiyini düşünsək, ovulyasiyadan bir neçə gün əvvəl sekslə məşğul olmaq də hamilə qalmağı təmin edə bilər.

Hamilə qalmaq üçün tez-tez sekslə məşğul olmaq lazımdırmı?


Məntiq baxımından düşünsək, sekslə nə qədər çox məşğul olsaq, hamilə qalma ehtimalı o qədər yüksəkdir. Lakin hamilə qalmaq üçün sekslə çox məşğul olmaq təsirli deyil. Tez-tez boşalma sperma keyfiyyətini azalda bilər. Digər tərəfdən, həftədə 1 dəfə də sekslə məşğul olmaq sperma keyfiyyətinə mənfi təsir edir. Çünki çölə atılmayan spermalar yaşlanır və yumurtanı dölləmək üçün təsirli bir şəkildə hərəkət edə bilmir.
Mütəxəssislər gündə bir dəfədən çox olmayan seksin hamilə qalmaq üçün daha təsirli olduğunu deyirlər.


Hamilə qalmaq şansı hansı pozada daha yüksəkdir?


Kitablardan oxuduğunuz və ya filmlərini izlədiyiniz kama sutra mövqelərini bir kənara qoyun. Klassik mövqelər hamilə qalmaq üçün ən optimal variantdır. Hamilə qalma şansının ən yüksək olduğu mövqe missioner pozadır. Digər mövqelərdə da hamilə qalmaq mümkündür. Spermalar qadın bədəni içində sürətli hərəkət edirlər. Mütəxəssislər boşalmadan sonra 20 dəqiqə yataqda qalmağın və dizləri qatlayaraq uzanmağın hamilə qalma şansını artırdığını bildirirlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.