İslam dininə görə seksdə nələr halal, nələr haramdır?

20 Haziran 2016
5 632
1
İslam dininə görə seksdə nələr halal, nələr haramdır?
Başqa mövzularda olduğu kimi , seksdə də dini görüşlər bir-biriləriylə ziddiyyət təşkil edir. Məsələn, Əli Rza Dəmircanla Cübbəli Hoca bir çox mövzularda toqquşur. Bundan əlavə, oral seks bəziləri tərəfindən halal, bəziləri tərəfindən isə haram hesab edilir.

Qadinlar.Biz xəbər verir ki, TRT telekanalında "Gündem Ötesi" proqramında qonaq olan ilahiyyatçı Əli Rza Dəmircanla evli cütlüklər arasında seksin halal və haramları barədə danışılıb.

Əli Rza Dəmircan bildirib ki, aşırı dərəcədə oral seks haramdır. Proqramın aparıcısı Pelin Cüt əvvəlcə xeyli gülüb və "Müəllimim, Allah eşqinə sizin dərdiniz nədir?" deyə soruşub. O isə "Ya, Pelin qardaş, çox rahat danışırdın, amma indi artıq sual da vermirsən" deyərək zarafat edib.

Dəmircan "İslamda cinsi həyat" adlı kitabının 1985-ci il nəşrində oral əlaqənin halal olduğunu söyləyib.

O, anal və sado-mazoxist əlaqədən başqa ər-arvad arasında günah sayılan heç bir cinsi təcrübənin olmadığını açıq şəkildə ifadə edib. Kitabda yazılanlara əsasən, seks zamanı əl və dodaqların istifadəsi günah sayılmır. Lakin dil barədə heç bir söz deyilmir. Ola bilsin ki, "aşırı dərəcədə oral seks" ifadəsi altında məhz bu nəzərdə tutulurmuş.

Əli Rza Dəmircan Məkkədə belə "halal sex shop" açıldığını qeyd edərək, seks zamanı tərəflərin sərbəst olduqlarını və fantaziyalarından maksimum istifadə edə bildiklərini dilə gətirib.

Cənnətdə hurilərin cinsi partnyor olub-olmadığından, cariyələrlə əlaqəyə girməyin zina sayılıb-sayılmadığı haqqında ziddiyyətli fikirlər barədə fikirlərini ifadə edən Hayrettin Karaman aşağıdakıları deyıb:

"Bir müsəlmanın bütün həyatında dinin icazə və qadağaları hakim olmalıdır ".
olke.az

RƏYLƏR
  1. _Beautiful girl_
    oxudum ve men bunlar ile raziyam
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.