Cinsi gücü artıran 18 bitki - SİYAHI

Cinsi gücü artıran 18 bitki - SİYAHI
Mətbəxinizdə olan bir çox bitkilərin sağlamlığınıza xeyrindən başqa cinsi gücü artırdığını da bilirdiniz? Bu şəfalı bitkilər stress səbəbindən cinsi istəksizlik yaşayanların da dadına çatır. Feat.Az cinsi gücü artıran bitki və bitki çayları haqqında maraqlı məlumatı təqdim edir.

Lavanda - sadəcə gözəl ətirli bitki deyil, həm də cinsi gücü artırır. Salat və yemək souslarına əlavə edilən bir neçə damcı lavanda seks həyatını gücləndirir.

Bitki çayları - bitki çayları qan dövranını sürətləndirir, ehtiras və həyəcanlarda artım yaradır. Enerji səviyyəsini artıran bitki çayları seks həyatını canladırır.

Jenşen – min illərdir Çində dərman istehsalında istifadə edilən jenşen hormonal sistemi stimullaşdırır, tez yaşlanma müddətini yavaşladır və güc verir.

Razyana – məlum olan ən köhnə afrodizyaklardan olan razyanadan hər gün bir dilim qəbul edilməsi cinsi gücü artırır. Razyananın toxumlarından çay da dəmləyərək içmək olar.

Qərənfil dənəsi - təbii afrodizyakların ən güclülərindən biri olan qərənfil dənəsi yorğunluğa da yaxşı təsir edir və qarşısını alır.

Xaşxaş toxumu – cinsi performansı artırır.

Polen tozcuğu - son illər afrodizyak olaraq istifadə edilən polenin tərkibində məlum miqdarda testosteron və digər cinsiyyət hormonları aşkarlanıb. Bundan başqa, içərisində bir çox vitamin, mineral və amin turşusu var.

Zəncəfil – yüz illərdir hissləri oyandırmaq üçün hazırlanan içkilərin qarışığında istifadə edilən zəncəfil insanda daha çox alovlu duyğular yaradır. Qanı sulandıran dərman istifadə edənlərin diqqətli olması lazımdır. Bundan başqa, həddən artıq istifadə edildikdə bağırsaqlarda narahatlıq yarada bilər. Yeməklərdə ədviyyat kimi istifadə edilə bilər. Balla da qarışdırılıb yemək olar. Bir həftə və ya 10 günə qədər istifadə edilməlidir.

Darçın – iştah açıcıdır. Əsəblərə rahatlıq verən qoxuya malikdir. Köpü azaldan və antiseptik xüsusiyyətləri də var. Afrodizyak olaraq da istifadə oluna bilər. Qışda içilən bitki çaylarına əlavə edilə bilər. Darçın yağının qoxusu xoş iyləndiyi üçün masaj yağı kimi də yararlıdır.

Xardal – cinsi vəzlərin funskiyasını sürətləndirir.

Yasəmən – Likorlara gözəl ətir verən yasəmən çiçəyi həm də təsirli bir oyandırıcı gücə malikdir.

Süsən – süsən kökü tozu həm qadın, həm də kişi üçün güclü bir afrodizyakdır.

Biyan kökü – biyan kökündən əldə edilən toz mineral su ilə qarışdırılarsa, qadınlar üçün çox təsirli bir afrodizyak halına gəlir.

Vanil – mərkəzi sinir sisteminə təsir edərək, ətri ilə oyandırıcı təsir yaradır.

Araqula – Bol dəmir və C vitamini tərkibli olan araqula qırmızı qan hüceyrələri üçün çox yaxşı təsirə malikdir. Bundan başqa, cinsi gücü də artırır.

Cəfəri – yeməklərə ləzzətli dad qatan cəfəri cinsi həyata da ləzzət qatır.

Kəklikotu – güclü təsirlərə malik olan kəklikotu xüsusən də kişilərdə oyandırıcı təsirə malikdir.

Arı südü – cinsi vəzləri inkişaf etdirən arı südünün təsirləri qısa zamanda özünü göstərir.
lent.az
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.