Gözəlliyinizin sirri – seks

Gözəlliyinizin sirri – seks
Aktiv cinsi həyatın beyin üçün də faydaları çoxdur. Belə ki, seks zamanı beyin normadan daha çox işləyir. Həmçinin sekslə birlikdə başağrısı, stres kimi problemlər də həll olur. Qısacası, həm gənc və gözəl qalmaq, həm də sağlamlığınızı qorumaq üçün mütəxəssislər sizə sekslə məşğul olmağı məsləhət görürlər.

Seks gözəlləşdirir

Keyfiyyətli cinsi həyat qadını gözəlləşdirir. Seks öncəsində və sonrasında qadın vücudu bol miqdarda estrogen ifraz edir. Bu hormonun sayəsində saçlar daha parlaq görünür və tez uzanır. Bundan başqa, dəri hüceyrələri daha çox nəm qazanır. Hüceyrələr yenilənir, dəri elastik və yumşaq olur. Üzdəki kiçik qırışlar estrogen sayəsində düzəlir, eləcə də sellülitin yaranmasının qarşısını alır.

Seks gəncləşdirir

Ehtiraslı öpüş 34 əzələnin işləməsi deməkdir. Seks zamanı isə qarın, ayaq və arxa nahiyənin əzələləri çalışır. Anti-yaşlanma üçün idmanın faydalı olduğunu düşünürsünüzsə, o zaman seks ən yaxşı idmandır. Seksin faydalı təsiri sayəsində ruh da gənc qalır. Seks zamanı damarlar genişlənir, bunun nəticəsində, ürək xəstəlikləri ilə qarşılaşmaq ehtimalı azalır.

Seks immun sistemini gücləndirir

Aparılan araşdırmalara görə, həftədə bir və ya iki dəfə seks immunitet sistemi üzərində 30% nisbətində artırıcı təsir edir. Nəticədə, siz xəstəliklərə qalib gəlirsiniz.

Seks ağrı kəsicidir

Seks zamanı ifraz olunan endorfin hormonu beyindəki ağrı mərkəzinə təsir edir. Sevişmə zamanı əzələlərin hərəkəti sayəsində qan dövranı güclənir, bu da bir çox ağrının kəsməsinə kömək edir. Başa düşdüyünüz qədər, seksdən qaçmaq üçün “başım ağrıyır” bəhanəsinə ehtiyac yoxdur.

Seks arıqladır

İdeal çəkini qorumaq üçün seks ən yaxşı vasitədir. Hər sevişmədə bədən 500 – 1000 kalori yandırır. Təbii ki yandırdığınız kalorinin miqdarı seks formalarından asılıdır. Məsələn “qaşıq” pozası zamanı təxminən 27 kalori, missioner pozasında 40 kalori, suda sevişən zaman təxminən 50 kalori yandıraraq kilo verilir. Bu pozaların hamısının edilməsi isə daha çox kalori verməyiniz deməkdir.

Seks xoşbəxt edir

Araşdırmalara görə, seks zamanı yaşanılan məmmuniyyət hissi təqribən 24 saat davam edir. Tez-tez sekslə məşğul olan insanlar daha səmimi olurlar, depressiyaya düşmək ehtimalları daha az olur.
foxy.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.