Cinsi gücü artıran ədviyyat - Yeməklərinizə qatmağı unutmayın

28 Ocak 2017
2 745
0
Cinsi gücü artıran ədviyyat - Yeməklərinizə qatmağı unutmayın
Qara istiot ilk növbədə yeməklərə ləzzət qatan ədviyyatdır. Onun sağlamlığımıza da möcüzəvi faydaları var. Tərkibində maqnezium, kalium, A və C vitamini var. Feat.Az yeməklərin vazkeçilməz ədviyyatı olan qara istiotun sağlamlığa faydalarından bəhs edir.

Antibiotiki əvəz edir

Qrip və soyuqdəymə kimi xəstəliklər zamanı antibiotiklərə, müxtəlif dərmanlara müraciət edirik. Lakin bunun əvəzinə yediyimiz şorbaların və ya bitki çaylarının içinə az miqdarda qara istiot qataraq immunitet sistemini gücləndirmək olar. C vitamini baxımından zəngin olduğu üçün xəstəliyi rahat şəkildə sovuşdurma gücünə malikdir.

Kəpək problemini müalicə edir


Saç dərisində kəpək probleminin öhdəsindən qara istiot və limon yağını qarışdıraraq gələ bilərsiniz. Beləliklə, saçlarınız həm güclü və parlaq görünəcək, həm də kəpək problemindən xilas olacaqsınız.

Cinsi gücü artırır

Aparılan araşdırmalar qara istiotun afrodizyak təsirinin olduğunu sübut edib. Daim qara istiot istifadə edən insanların cinsi həyatları istifadə etməyənlərə nisbətən daha sağlam və güclü olur.

Enerji verir

Südün içərisinə qatılan qara istiot gündəlik enerji miqdarının demək olar ki, hamısını qarşılaya bilir.

Diş sağlamlığına müsbət təsir edir


Dişlərin çürüməsinin qarşısını almaq və dişlərin ağarması baxımından müsbət təsirə malikdir.

Parlaq və hamar dəri


Parlaq və hamar dəriyə sahib olmağın digər yolu qara istiotdur. Qatıqla qara istiotu qarışdırıb müəyyən aralıqlarla üzünüzə sürtsəniz, zamanla dərinizdəki parlaqlığın və canlılığın fərqinə varacaqsınız.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.