Bu günlərdə hamilə qala bilərsiniz - Qadınlar üçün VACİB BİLGİLƏR
Feat.Az saglamolun.az-a isinadən bidirir ki, menstrual dövr zamanı qadında adətən 1, daha nadir hallarda 2-3, hətta 4 yumurta hüceyrəsi inkişaf edir. Yumurtalıqda inkişaf edən yumurta hüceyrəsi ovulyasiya günü yumurtalıqdan çıxır və uşaqlıq borusuna düşür. Yumurta hüceyrəsi yalnız 1 gün ərzində yaşayır. Əgər uşaqlıq borusuna düşən yumurta hüceyrəsini burada spermatoidlər gözləyirsə, mayalanma və nəticədə hamiləlik baş tuta bilər. Yumurta hüceyrəsindən fərqli olaraq spermatozoidlər qadının cinsi yollarında 3-5, hətta 7 gün ərzində yaşaya və burada yumurta hüceyrəsini gözləyə bilər.
Beləliklə, ovulyasiyadan 3-7 gün əvvəl və ovulyasiya günü cinsi əlaqəyə girən qadın hamilə qala bilər.
Ovulyasiya adətən menstrual dövrünün ortalarında baş verir. Ovulyasiyanın gününü təyin etmək üçün müxtəlif üsullardan istifadə olunur - xüsusi testlər, hormonal analizlər, USM, bazal hərarətin (düz bağırsaqda hərarət) ölçülməsi.
Həmçinin qadınların əksəriyyəti ovulyasiyanın yaxınlaşmasını hiss edir. Bu zaman onlarda bu kimi simptolar əmələ gəlir:
- uşaqlıq yolundan selikli ifrazatın artması (çiy yumurtanın ağına bənzəyir). Bəzən seliyin içində qan izləri ola bilər.
- döşlərin böyüməsi, həssas olması,
- cinsi istəyin artması,
- qarının aşağı hissəsində (sol və ya sağ tərəfdə) sızıldayan ağrıların olması,
- bəzən köp, qarının şişməsi.