Seksin inanılmaz faydaları
Seksin faydaları barədə olan məlumatları təqdim edirik.
Ümumi sağlamlıq
Sevgiylə yaşanan seks insanın ümumi sağlamlağına müsbət təsir edir. Bu, xoşbəxtliyə doğru atılmış ilk addımdır. Sönmüş münasibətləri canlandırmaq insanın öz əlindədir. Seks piylənmənin qarşısını alır. Yarım saatlıq münasibətdə 200-250 kilokalori verə bilir. Həmçinin ürək-damar sisteminin fəaliyyətini tənzimləyir. Həftədə 4, yaxud daha çox sekslə məşğul olan kişilərdə ürək infarktı ehtimalı 50% azalır.
İflic riskini aşağı salır. Yuxusuzluq problemini həll edir. Bədənin “təbii morfin”i adlandırılan endorfinlə (xoşbəxtlik hormonu) vücudunuz istədiyiniz rahatlığı əldə edir və münasibətdən sonra bu öz yerini rahat yuxuya verir. İybilmə hissiyyatınızı inkişaf etdirir. Orqazm vaxtı fəallaşan prolaktin hormonu ilə beyninizin qoxualma mərkəzi siqnal alır və beləliklə, iybilmə hissiyyatınız hər normal əlaqədən sonra genişlənir. Seks həm də qocalma prosesini gecikdirir. 100 dəfə sekslə məşğul olanlarda bu ehtimal daha yüksəkdir. Yəni, bu, hər yaşda dərinizin gənc qalmasını təmin edir.
Ağrılara qarşı “vaksin”
Araşdırmalara görə, həftədə 1, yaxud 2 dəfə sekslə məşğul olan insanlarda immunitet daha güclü olur ki, bu da ən ağır xəstəliklərlə mübarizədə insanın əsas “qalxan”ıdır. Seks ağrıları azaldır. Normal cinsi əlaqələr yaşayan insanlar az hallarda miqren və vaskulyar (damar) baş ağrılarından şikayət edirlər. Sancılmaları da azaldır.
Seks bədənin formada qalmasını təmin edir. Çünki bu həm də idmandır, cinsi əlaqə vaxtı digər orqanlarla yanaşı skelet sisteminin bütün hissələri də eyni anda işləyir. Bu da sümüklərin və əzələlərin inkişafına yardım edir. Seks eyni zamanda bədənin yüksək əhval-ruhiyyədə qalmasını təmin edən vasitədir.
“Xoşbəxtliyin formulu”
Çanaqlarda qan dövranının inkişafına və yumurtalıqların sağlam qalmasını təmin edir. Vaginal quruluğu azaldır. Seks seks istəyini artırır. Bu da psixoloji sağlamlığa xeyirdir. Normal cinsi münasibətlər həmçinin ailə dağılmalarının da qarşısını alır. Özünəinamı artırır, maraq dairənizi genişləndirir, depressiya və stressə girmək riskinizi azaldır. Kişilərdə prostat xərçəngi riskini aradan qaldırır.
Normal və yaxşı cinsəl həyat sizi gülərüzlü edir, yəni, gülüş dozasını artırır, başqa sözlə, sizi xoşbəxt edir.